Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 11-04-2016, 20:24
Ulu Borçalının Şəhid pilotu


Əflatun Amaşov


Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir.

Mən bu məqamı xüsusi fərqləndirmək istəməzdim. Çünki harada, hansı bölgədə yaşamasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş hər bir Vətən övladı fəxrimizdir, başımızın tacıdır.
Borçalı da biz Azərbaycan türklərinin Vətənidir. Burada Azərbaycanla Gürcüstan arasında sərhəd xəttinin mövcudluğunun heç bir önəmi yoxdur. Çünki o xətləri aşan mənəvi bağlılıq telləri var. O tellərin nəticəsidir ki, Borçalı türkləri Azərbaycanı özlərinə Vətən bilirlər. Vətən uğrunda yaşadıqları kimi, onun üçün ölür və öldürürlər də. I Qarabağ müharibəsində Borçalılar 500-ə qədər şəhid vermişdi.
Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində gərginliyin yarandığı və müharibə ab-havasının yaşandığı bir dövrdə mindən çox Borçalı türkü savaş əzmini ifadə etdi. Tbilisidə, azərbaycanlılar yaşayan rayonlarda etiraz aksiyaları keçirildi... Bu əzmin nəticəsi idi ki, Gürcüstan dövləti də Azərbaycanın haqq işinə münasibətdə birmənalı həmrəylik göstərdi. Gürcüstan həm də öz vətəndaşının haqq işinə dəstək olmaqla Azərbaycanla dostluq ənənəsinə sadiqlik nümayiş etdirdi.
Əlbəttə, Borçalı türklərinin Azərbaycan və Qarabağ mütəşəkkilliyi ilə bağlı daha nələrisə də diqqətə çatdırmaq mümkündür. Digər tərəfdən bu məqamlar deyilməyə də bilər. Çünki Vətənə xidmət mübhəm duyğudur, açıqlanmır, qabardılmır. Borçalılılar da bunu beləcə qəbul ediblər və əminəm ki, əməli fəaliyyətləri ilə Vətənlərinə bağlılıqlarını hər zaman ifadə edəcəklər. Ona da əmin olmaq istəyirəm ki, Borçalı türklərinin cəbhədə hərbi əməliyyatlar getdiyi bir vaxtda fəaliyyətsiz dayandıqlarını bildirənlər ən azından obyektiv olacaq, gələcəkdə bu sayaq fikirlər səsləndirməkdən uzaq duracaqlar.


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!