"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 25-06-2016, 13:45
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi


İyunun 24-də Bakının Xudafərin Sarayında Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə sayca 3-cü Təbriz Gecəsi və tanınmış cərrah, türkoloq alim və görkəmli ictimai xadim Doktor Cavad Heyətin adına təsis olunmuş medalın təqdimatı keçirilib. Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəyin doğum gününə təsadüf edən mərasim Azərbaycan Respublikasının Dövlət Himni, habelə Güneyli, Quzeyli vətənimizin şəhidlərinə sayğı duruşu ilə başlayıb. Tədbirin aparıcısı, şair Elbəyi Cəlaloğlunun açılış nitqindən sonra isə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqları salamlayıb və Təbriz Gecəsinin önəmi, Borçalı Cəmiyyətinin Güney Azərbaycandakı soydaşlarımızın mübarizəsinə baxışı xüsusunda çıxış edib. Daha sonra Doktor Cavad Heyət şəxsiyyəti haqda Güney Azərbaycanda ictimai fikrin tanınmış simalarından olan, "Varlıq" Dərgisinin yazarı Həsən Raşidi, filoloq alim Pərvanə Məmmədli və AMEA-nın Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə çıxış ediblər. Gürcüstan Aşıqlar Birliyinin sədri, eyni zamanda 8-ci Elat Günü Bayramı Təşkilat Komitəsinin sədri Osman Əhmədoğlu isə öz çıxışında Bütövlük yolunda mübarizədə millətimizi daha iradəli olmağa çağıraraq Təbrizin müqəddəsliyi haqda düşüncələrini iştirakçılarla bölüşüb.

Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi[/center]
Güney Azərbaycanda dilimiz və mədəniyyətimizin yaşamasında əməkləri olan görkəmli yazar və publisist Həsən Raşidi, Aşıq Cəbrayıl Xəlili, şair Saleh Rəhimi, tanınmış milli fəal Səid Mətinpur, "Varlıq" dərgisinin baş yazarı Rza Heyət, AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz medalın builki sahibləri seçiliblər. Medalları tanınmış qələm sahibləri Abbas Abdulla, Osman Əhmədoğlu, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, folklorşünas alim Elxan Məmmədli, Müsavat Partiyasının sədri Arif Hacılı və sədr müavini Tofiq Yaqublu təqdim ediblər. Mərasimdə Borçalı Cəmiyyəti tərəfindən Xalq Şairi Sabir Rüstəmxanlıya anadan olmasının 70 illiyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda tədbirdə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin təsis etdiyi Seyid Cəfər Pişəvəri Mükafatının da təqdimatı həyata keçirildi. GAK-ın birinci məsulu Abdulla Əmir Haşimi Cavanşirin məktubu oxunduqdan sonra konqresin təmsilçiləri Cavidan Elbars və Əli Nicat Zamani Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və sədr müavini Rüfət Muradlıya mükafatları təqdim ediblər.

Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi
Mərasimdə elimizin tanınmış elm, sənət və ədəbiyyat xadimləri Telman Əliyev, Məhərrəm Pərizad, Oqtay Rza, Elçin Məmmədli, Qiya Pasxataşvili, Eldost Bayram, habelə Aşıq Tərmeyxan Borçalı, "Şuşa -Elat" muğam qrupu, Aşıq Cahangir Quliyev, Fizuli Turabov,"Başkeçid" ansamblının da yaddaqalan çıxışları olub.
Tədbirin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara və Güneydən gələn soydaşlarımıza təşəkkür edərək Cəmiyyətin öz prinsiplərinə, o cümlədən Gürcüstanın ərazi bütövlüyü və dövlət müstəqilliyinə daim sadiq qalacağını və Milli məsələdə dəyərlərimizdən heç zaman imtina edilməyəcəyinı vurğulayıb. Cəmiyyət sədri həmçinin elimizi iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında keçiriləcək Borçalı Türklərinin 8-ci Elat Mədəniyyəti gününə səsləyib.
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi



Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!