Mayın 28-də Azərbaycanın Cumhuriyyət Günündə Borçalı İctimai Cəmiyyəti özünün sayca 8-ci konfransını keçirib. Konfransı TK-nin sədri Ramiz Həsənov açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra konfransın sədarəti, katiblik və say komissiyası seçilib. Konfransın gündəliyi təsdiq olunduqdan və sədr Elxan Məmmədlinin qısa çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin hesabat məruzəsi dinlənilib. Z.Məmmədli konfrans iştirakçılarına təşəkkürünü bildirdikdən sonra ötən bir il ərzində Cəmiyyətin fəaliyyətləri haqda geniş məruzə ilə çıxış edib. Cəmiyyətin NTK sədri Valeh Məmmədov və maliyyə məsələləri üzrə sədr müavini R. Həsənovun da hesabatları dinlənildikdən sonra məruzə ətrafında çıxışlara başlanılıb. Çıxış edənlər tanınmış şair Abbas Abdulla, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, professor Telman Əliyev, Firudin İsmayılov, Qaraçöp icmasının nümayəndəsi Salman Murğuzlu, Azərbaycanın Gürcüstandakı ilk səfiri Hacan Hacıyev, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, Borçalı Cəmiyyəti İH-nin üzvü Əmirxan Babaşov və başqaları ötən bir ildə Cəmiyyətin fəaliyyəti haqda öz düşüncələrini paylaşıblar. Çıxış edənlərin əksəriyyəti Borçalı Cəmiyyətinin bir illik fəaliyyətini qənaətbəxş hesab edərək gələcək fəaliyyətində uğurlar diləyiblər. Hesabat dövrü yekdilliklə qənaətbəxş hesab edilib.
Sonra Cəmiyyətinin İdarə Heyətinə seçkilər keçirilib. İdarə Heyətinin say tərkibi 15 nəfər müəyyən olunub. Aşağıda adları sıralananlar - Zəlimxan Məmmədli, Ramiz Həsənov, Salman Murğuzlu, Telman Əliyev, Hüseyn Yadigarov, Qiymət Məhərrəmli, Osman Əhmədoğlu, Əlləz Ovçiyev, Rüfət Muradlı, Eldar Məmmədli, Həsən Qurbanov,Sabir Aşurov, Firudin Qurbanov və Mahmud Hümbətov mütləq əksəriyyətin səsi İdarə Heyətinə seçiliblər. Bir nəfərin seçilməsi isə konfransın qərarı ilə İdarə Heyətinə həvalə edilib.
Uzun illər Borçalı Cəmiyyətindəki fəaliyyətlərinə görə İH-nin qocaman üzvləri olmuş Mədəd Coşğun, Elxan Məmmədli və Ömər Qoçuluya isə təşəkkür plaketləri təqdim olunaraq onlara Cəmiyyətin Ağsaqqallar Şurasında fəaliyyətlərində uğurlar dilənib. Eyni zamanda Abbas Abdulla, Telman Əliyev, İlyas Adıgözəlli, Mədət Coşqun, Əmirxan babaşov, Həsən Qurbanov, Elxan Məmmədli, Akif Bayramov, Əlləz Ovçiyev, Nəbi bəydən ibarət Ağsaqqallar urasının tərkibi təsdiqlənib.
Daha sonra Borçalı Cəmiyyətinin 1993-cü ildə kiril əlifbasında qeydiyyata alındığını və Nizamnamədə mövcud QHT-lər haqqında qanunun tələblərinə uyğun olaraq əlavə düzəlişlər layihəsi səsə qoyularaq qəbul edilib. İH-nə lazım olan hüquqi sənədlərin qeydiyyat üçün müvafiq Ədliyyə orqanına təqdim olunmasını təmin etmək həvalə edilib.
Tədbirdə Sadaxlı el məclisinin fəalı Məhəmməd Mustafayevə “Şərəf Medalı” təqdim olunub.
Konfrans iştirakçıları tərəfindən 8-ci Elat Mədəniyyəti Gününə çağırış edilərək bəyanat qəbul olunub.
Eyni zamanda yeni il üçün EL ADAMI” fəxri diplomunun laureatları müəyyənləşdirilibdir. Ustad aşıq Hüseyn Saraclının 100 illiyi ərəfəsində ustadın ruhuna ehtiram olaraq Aşıq Cahangir, aşıq Tərmeyxan, aşıq Əşrəf, aşıq Nargilə, aşıq Həvəskar, aşıq Şahbaq, aşıq Əfqan, aşıq Məhəmməd , eyni zamnda Əməkdar Memar Omar Qoçulu və professor Rzaxan Mahmudova Elat bayramında fəxri El Adamı mükafatların təqdim olunması haqqında qərar verildi.
Borçalı Cəmiyyətinnin 8-ci konfransının sonunda Güney Azərbaycan, Anadolu və Borçalıdan gələn aşıqlar Böyükağa Piroğlu, Emrah Neroğlu, Nargilə Mehdiyeva, habelə tanınmış saz ustası Aşıq Cahangir Quliyev 28 may milli bayramımız münasibətilə tədbir iştirakçılarına bayram ovqatı bəxş ediblər.
Butov.az