"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 9-08-2016, 20:10
QHT Astarada Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbirlər keçirib


“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Astaranın Əzərüd kəndində aprel döyüşlərində Şəhid olmuş Pəncəli Nurməmməd oğlu Teymurovun xatirəsini anım mərasimi və “Azərbaycan-bölünməz Vətənimiz” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən ucqar dağ kəndindəki görüşə Bakı və regionlardan tanınmış alim, şair və ziyalılarla birlikdə yüzədək astaralı da qatılmışdır.
QHT Astarada Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbirlər keçirib
Əvvəlcə Şəhidin meşələr, dağlar qoynundakı əbədi məkanı ziyarət edilmiş, gül-çiçək dəstələri düzülmüş, ruhuna Quran ayələri oxunmuşdur.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun moderatorluğu ilə davam edən “Azərbaycan-bölünməz Vətənimiz” mövzusunda “dəyirmi masa”da Astarada doğulub yaşayan şair, f.üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, f.üzrə fəlsəfə doktoru, AMEA Gənc Alimlər Şurasının sədri Famin Salmanov, ADPU-nun baş müəllimi, şair Adil Həsənoğlu, respublikamızın tanınmış pedaqoqları-əməkdar müəllim Hüseyn Şahbəndəyev, filosof-tənqidçi Şakir Paşayev Pəncəlinin həyat və döyüş yolunun hər bir azərbaycanlı gənc üçün örnək olduğundan danışmışlar. Aprel döyüşlərinin xalqımızın ruhunun, vətənpərvərlik duyğularının, dövlət-xalq birliyinin təcəssümünə çevridiyi faktlarla vurğulanmışdır.
[center]QHT Astarada Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbirlər keçirib

Şəhidin valideynləri, qardaşları, müəllimləri, yaxın dostları çıxışlarında bildirmişlər ki, Pəncəli uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı, ona görə də əsgərlikdən sonra da könüllü olaraq hərbi xidmətdə qalmışdı, yüzlərlə hərbçinin içindən seçilib Türkiyə “bordo berdeli”lərinin təlim-məşqlərinə qatılmışdı, Türkiyə və Azərbaycan xüsusi təyinatlıları arasında ən say-seçmə döyüşçülərdən sayılırdı, sağlığında hər iki ölkənin yüksək təltiflərini almışdı, dəfələrlə verilən tapşırıqları uğurla yerinə yetirib düşmən arxasında ermənilərə ağır zərbələr vurmuşdu. Ona məşqçi, təlimçi kimi işləmək təkliflərindən hər dəfə israrla imtina edərək Qarabağın işğaldan azad edildiyi günədək döyüşçü, savaşçı qalacağını bildirmişdi. Aprel döyüşlərində də kəşfiyyatçı, partizan olaraq qarşısına qoyulmuş vəzifəni layiqincə yerinə yetirmiş, bu igidliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən dəyərləndirilmişdir.
QHT Astarada Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbirlər keçirib

H. Nərimanoğlu talış balası Pəncəli Teymurovun ömrünün yarısını-17 ilini Azərbaycan Mili Ordusu sıralarında hərbi xidmətdə olduğunu, öz toyunda dediyi bu sözlərin bir sıra xarici güclərin ölkəmizdə separatizm, etnik bölücülük yaymaq planlarına qarşı ən layiqli cavabı verdiyini, onun Vətənimizin bənzərsiz qəhrəmanı, bütöv Azərbaycan sevdalısı olduğunu demiş, Şəhid əsgərimizin 3 il əvvəl, 2013-cü ildə öz toyunda dediyi, audio-video yaddaşlarda yaşayan, yüz minlərlə azərbaycanlının sosial şəbəkələrdə paylaşdığı bu sözlərini xatırlatmışdır: "Hər zaman xalqım, vətənim, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin salamlarını və xüsusi ehtiramını Şəhidimizin ata-anasına, doğmalarına yetirən QHT sədri, üzərində Pəncəlinin rəsmi və dillər əzbəri olmuş həmin sözləri həkk olunmuş “Azərbaycan vətənpərvəri” piagetlərini onun adından atası Nurməmməd Teymurova, təhsil aldığı məktəbin direktoru Teyfur Teymurova təqdim etmişdir.
QHT Astarada Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbirlər keçirib

Şəhid atası Nurməmməd Teymurov Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək, Ali Baş Komandanın döyüş əmri olarsa, digər 3 oğlunun da hər an erməni işğalçılarına qarşı savaşa atılacaqlarını bildirmişdir.
QHT-nin nəşri olan kitablar, disklər Şəhidin ailəsinə, məktəbə və tədbir iştirakçılarına hədiyyə olunmuşdur.
Unudulmaz görüşlərdən xatirə şəkilləri çəkilmişdir.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!