Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : 9-09-2015, 12:58
Urmu gölü ilə bağlı beynəlxalq konfrans – Real yoxsa Görüntü?


Urmiyə universitetində Urmu gölü ilə bağlı iki günlük beynəlxalq konfrans keçirilib. Konfrans Qərbi Azərbaycan valiliyi, Urmu Gölünü Canlandırma Mərkəzi, Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi araşdırmalar mərkəzi və Sürix Politexnik universitetinin əməkdaşlığı ilə keçirilib.
GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, bu konfransda Urmu gölü böhranı və onun qurtarılmasının texniki və iqtisadi tərəfləri müzakirə olunub və sonda qərara alınıb ki, mövzu digər araşdırma mərkəzləri o cümlədən Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumun Strateji Araşdırmalar Mərkəzi ilə birgə müzakirə edilsin.
Sözügedən heyət daha bir neçə tədbirdə o cümlədən Ətraf Mühitin Mühafizəsi Təşkilatı ilə birgə görüşdə iştirak edəcək. Məlumata görə, bu görüşlərdə Urmu gölünün nicatı üçün çıxış yolları axtarılır.
Qeyd edək ki, artıq 95 faizi quruyan Urmu gölünün nicatına ümidlər tükənməkdədir. Dövlət rəsmiləri gölün qurtarılması ilə bağlı davamlı olaraq bir çox vədlər verir, lakin heç biri yerinə yetirilmir. Onlar hətta ictimaiyyəti sakitləşdirmək üçün görüntü olaraq bir çox konfranslar keçirir və bu konfranslar kütləvi informasiya vasitələrində geniş şəkildə təbliğ olunur, dəyişməyən isə Urmu gölü böhranıdır. Yerli məsulların da dediyinə görə bu günə qədər gölə bir damcı belə su əlavə olunmayıb.


Butov.az


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!