Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 5-01-2016, 17:29
“İran-Ərəb gərginliyi Güneydəki Milli Hərəkatın xeyrinədir”


“İran-Ərəb gərginliyi Güneydəki Milli Hərəkatın xeyrinədir” - ARİF KƏSKİN durumu belə dəyərləndirir:


“Güney Azərbaycandakı milli hərəkat Səudiyyə Ərəbistanının daxili və xarici siyasətini sevməsə də, İranın çirkin niyyətindən xəbərdardır. İran və ərəb dünyasının gərginliyi Güney Azərbaycan Milli Hərəkatının xeyrinədir”. Bu fikirləri tanınmış güney azərbaycanlı politoloq Arif Kəskin TURKUSTAN.info saytına açıqlamasında bildirib.
Arif Kəskinin sözlərinə görə, ərəblər indi İranı birinci düşmən olaraq görürlər və İranın ərazi bütövlüyünə fərqlı baxmağa başlayıblar: “Ərəblər bilirlər ki, İran kiçilməzsə, onlar rahat yaşamayacaqlar. Ona görə indi İrandakı millətlərin haqlarını yavaş-yavaş gündəmə gətirirlər. Bu milli hərəkatın xeyrinədir. İrandaki türklərin və ərəblərin münasibətləri də yaxşıdır. İrandakı ərəblərin siyasi fəalları ilə milli hərəkatçıların yaxşı münasibətləri, kiçik də olsa, işbirlikləri var”.
İki ölkə arasında yaranmış gərginliyin köklərindən danışan politoloq hesab edir ki, bu ilk növbədə şiə-fars milliyətçiliyi ilə Sünni-ərəb milliyətçiliyinin toqquşmasıdır: “Həm İran, həm Ərəbistan – ikisi də radikal dövlət sayılırlar. Hər ikisi də bölgəmizdəki qanlı hadisələrin səbəbkarları hesab edilirlər. Bu davanın nə dini, nə məzhəbi, nə də insani izahı var. İran-fars milliyətçiliyi ərəb coğrafiyasını atəşə atmaq, ərəb ölkələrinin sabitliyini pozmaq istəyir. Ölkə içində ərəb düşmənçiliyini artırır. Milli hərəkat bu gərginliyi fars milliyyətçiliyinin yaratdığı gərginlik olaraq görür. Çünki, İran-fars milliyyətçiliyi ərəblərə nifrət edir, onları düşmən olaraq görür.
İran-fars milliyətçiləri ərəb torpaqlarında qeyri-sabitlik yaratmaqla tarixi intiqamlarını almaq istəyirlər”.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!