Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                        İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                       
Tarix : 17-11-2015, 09:43
“Azəri” sözünə təpkilər nəticə verir: BBC-Farsi xidməti də “Azəri” deyil “Türk” sözündən istifadə edəcəyini bildirib



Butov.az GunAz TV-yə istinadən xəbər veri ki, uzun müddətdir Güney Azərbaycan mediası o cümlədən Güney Azərbaycan Televiziyası, müxtəlif dərgilər, qəzetlər və saytlar, həmçinin sosial şəbəkələr istifadəçiləri “Azəri” sözü işlədən mətbu orqanlara kəskin reaksiya verir. Bu təpki zaman-zaman öz təsirini göstərir.
Güneydəki kütləvi aksiyalardan sonra "Azəri" sözünü işlədən mediaya qarşı təpkilər daha da artıb.

BBC Fars Televiziyası noyabrın 14-də yayımladığı “Dideban” proqramında izləyicilərinin güneydəki kütləvi aksiyalara dair xəbərlərdə “azəri” sözünün işlədilməsinə etirazlarını gündəmə gətirib. Fars xidmətinin direktoru Sadıq Saba BBC Farscanın bundan sonra “türk” sözündən istifadə edəcəyini ifadə edib.

“İndi bizim gördüyümüz budur ki, həm türk xalqı özünə türk deyir, həm də başqaları onları türk tanıyır. Buna görə də, BBC-də [fars xidməti] bizim İrandakı bu etnik qrupu adlandırmaq üçün işlədəcəyimiz birinci söz türk sözüdür və başqa söz yoxdur,” deyə BBC Fars xidmətinin direktoru Sadıq Saba canlı proqramda dilə gətirib.

Qeyd edək ki, noyabrın 9-dan sonra Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başladığı kütləvi aksiyalarda “Haray haray mən türkəm”, “Türkəm, Azəri deyiləm”, “Türklərə qarşı irqçiliyə son qoyun” və “Türk dili rəsmi olsun” kimi şüarların səsləndirilməsinin ardından mediada “Azəri” sözünün işlədilməsinə qarşı etirazlar da çoxalıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!