Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 2-12-2015, 10:15
İran Nardaranda vəziyyəti qızışdırır!



Nardaranda baş verən hadisələrlə bağlı İran kütləvi informasiya vasitələri (KİV) təxribatçı informasiyalar yararaq vəziyyəti daha da gərginləşdirməyə cəhd edir. Həm rəsmi, həm də özəl KİV-lərdə yayılan informasiyaların eyniyyət təşkil etməsi İranın Nardaran sakinlərini qızışdırmaq niyyətindən irəli gəlir.
Bütün saytlarda xəbərlər şiələrə qarşı "səlib yürüşü" kimi təqdim edilir. Mehrnews, zeytunnews, shiasay.com, pajvak.com, tnews.ir, press.tv,jazzservices.net və digər geniş oxucu kütləsinə malik sayt və qəzetlər hadisə barədə ətraflı reportajlar yayınlayıb. Xəbərlərdə Nardaran hadisəsi zamanı dünyasını dəyişmiş kənd sakinləri şəhid kimi, Taleh Bağırzadə isə “qəhrəman” kimi təqdim olunur.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, Nardaran hadisəsindən sonra İranın planları iflasa uğrasa da, əlaltılarına dəstək verirlər ki, qorxmasınlar: “İran son illərdə artıq üçüncü “lideri”ni israfa verir. Bundan öncə Mövsüm Səmədov, Abgül Süleymanov, indi isə Taleh Bağırovun əməlləri ifşa olunub. Buna baxmayaraq İran bu adamları müdafiə etməklə işarə verir ki, onların arxalarından geri çəkilməyib. Yəni, şəxslər həbs olunsa da digər üzvlər “mübarizə”dən çəkilməsinlər.

“Eyni zamanda bu addımları ilə İran Azərbaycan hökumətinə təzyiq etmək istəyir. Çünki, İran tərəfi hesab edir ki, Azərbaycan bu işi sonacan açacaq və qarşısına arqumentlər qoyacaq. Ona görə də İran qabaqdangəlmişlik edirlər”, - deyə M. Əhmədoğlu bildirib.

Politoloq Ərəstun Oruclu isə bildirib ki, İran özünü dünyada şiələrin himayədarı kimi təqdim edir: “İran hesab edir ki, Nardaranda baş verənlərə dini don geyindirmək lazımdır. Eyni zamanda İran mətbuatı Nardaranda yaşayanların təzyiqlərə məruz qaldığı görüntüsünü yaratmağa çalışır”.

Politoloqun fikrincə, Azərbaycanda dini ekstremizmin sürətlənməsində, dərinləşməsində İranın rolu az deyil: “Təsadüfi deyil ki, İranın radikal dairələrində zaman-zaman Azərbaycanla bağlı çox kəskin bəyanatlar verirlər. Bu da onların buradakı tərəfdarlarını, ardıcıllarını ruhlandırmağa yönəlik bəyanatlardır. Hesab edirəm ki, Nardaranda baş verənlərdən İran öz məqsədləri, maraqları üçün istifadə etməyə çalışır, - deyə Ə. Oruclu bildrib.

Politoloq Qabil Hüseynli hesab edir ki, İran hadisələrində İranın birbaşa əli var: “İran dövləti hələ də bizim müstəqilliyimizi qəbul edə bilmir. Orada təxribat törədən şəxslər İranın agentləridirlər. Nardaranda dini təxribatla məşğul olan şəxsləri İran maliyyələşdirir. Nardaran hadisələrində İranın izinin olması danılmazdır. Çünki gizli çəkilmiş videokadrlardan da görünür ki, Taleh Bağırov İranlı ayətullahların əllərini əyilərək öpür. Nardaran İranla sıx əlaqədə olan kənddir. Nardaran əhalisinin dövlətçilik ideyası əsasında birləşdiriləsi müəyyən çətinliklər yaradır. Orada keçirilən tədbirlərdə Azərbaycan bayrağına, Azərbaycanın simvollarına rast gəlmək çox çətin olur. İran və ya dini xarakterli bayraqlara daha çox rast gəlinir”.

Q.Hüseynli deyir ki, son hadisələr Nardaran sakinlərinin silahlandığını göstərdi: “Onlar bu silahları haradan alıblar? Kim verib? Görünür kimsə Nardaran sakinlərinin silahlanmasında maraqlı görünür. Guya onların məqsədi dinə əsaslanan şəriət dövləti yaratmaqdır. Nardaran İran inqilabının ixracına bənzəyən modelidir. Nardaran ciddi şəkildə nəzarətə alınmalıdır. Hadisələr bu həddə gəlib çıxmamalıydı, əvvəlcədən profilaktik tədbirlər görülməlidir”.



GunAz.tv


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!