Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 6-10-2016, 15:33
Sazı, sözü yaşadan insan

Azərbaycan aşıq sənətinin qollarından biri də Cənubi Azərbaycan aşıq qoludur.
XIX əsrin 30-cu illərindən Cənubi Azərbaycan aşıqları özlərinə məxsus yer tutmuşdur. Həmin illərin böyük ustad aşıqları sırasında Aşıq Nəslm Dollulu (1805-1849), Aşıq Əsəd Ağcaqışlaqlı (1843-1932), Basmançlı Aşıq Qara Kərəm (Doğum tarixi bilinmir – 1912-ci ildə ölüb), Aşıq Allahlı Mərəndli (Doğum tarixi bilinmir – 1979-cu ildə ölüb), Aşıq Əvəz (1901-1984) və başqaları. Bu ustadlar zaman-zaman aşıqlıq sənətini öz dövrünün gənclərinə mənimsətmişdir.
XX əsrin 80-90-cı illərindən sonra aşıqlıq sənətini yaşadan və bu günə gətirib çatdıran ustad aşıqlardan Aşıq Mansuor Fathi, Aşıq Hasan Dohol, Aşıq Məhbub Xəlili, Aşıq Məhəmməd Nəbati, Aşıq Səttar Babai, Aşıq Əlizadə, Aşıq Abolfazi Qayabaşı, Aşıq Ahmad Hamidi, Aşıq Ələsgər, Aşıq Vədud və İran Aşıqlar Birliyinin yaradıcısı və sədri Aşıq Səlcuq Şahbazini göstərə bilərik.
Ustad aşıq Səlcuq Şahbazi o ustadlardandır ki, onların yanında aşıqlığın bütün sirlərini öyrənmiş bir aşıqdır. Aşıq Səlcuq Şahbazi özü bu günün ustad aşıqlarnıdan biridir.
Sazı, sözü yaşadan insan

Aşıq Səlcuq Şahbazi 1962-ci ildə Cənubi Azərbaycanın Miyana vilayətinin Ağcaqışlaq kəndində anadan olub. Şahbazi hələ uşaq ikən 1975-ci ildə atası ilə birlikdə Tehran şəhərinə köçmüşdür. Məskunlaşdıqları məhəllə təmiz azərbaycanlılar olub. Şahbazi burada olan el şənliklərində aşıqları dinlədikcə saza, sözə marağı daha da çoxalıb. Gənc Şahbazini bu istəyi, marağı onu Aşıq Əvəzə şəyirdlik etməyə aparır. O, nə az, nə çox 4 il Aşıq Əvəzin yanında aşıqlığın bütün enişli-yoxuşlu yollarını öyrənir və ustadının xeyir-duası ilə hərbi xidmətə gedir. Hərbi xidmətini başa vurub qayıdanda ustadı Aşıq Əvəz artıq haqq dünyasına qovuşmuşdu. Gənc Şahbazi dövrünün tanınmış ustad aşığı olan Aşıq Hüseyn Əsədin yanına gedir, şəyirdlik məktəbini onun yanında davam etdirir. Aşıq Əsəddən aşıqlığın bütün sirlərini öyrənir. Sonra Aşıq Çingiz və Fərrux qardaşlarının yanında bir müddət sazbəndlik sənətini öyrənir. Aşıq kimi tanınmağa başlayan Şahbazi ustadı Aşıq Hüseyn Əsədinin xeyir-duası ilə 1988-ci ildən tam sərbəst aşıqlıq sənətinə başlayır. Aşıq Şahbazi 1989-cu ildə “Azərbaycan aşıqları” ansamblını yaradır və bir neçə il bu ansambla rəhbərlik edir.
1999-cu ildə “Azərbaycan aşıqları”nın adını dəyişib “Dədə Qorqud Aşıqları” adını verir.
Aşıq Səlcuq Şahbazi 1992-ci ildə Azərbaycana gələn ilk aşıqlardan biridir. O, birbaşa Bakıdan Tovuza getmişdir ki, Aşıq Əkbər Cəfərovu və Aşıq Mikayıl Azaflını, Çopur Ələsgəri, Aşıq İmran Həsənovu, Aşıq Mahmud Məmmədovu, Aşıq Əlxan Niftalıyevi, Balabançı Müseyib Abbasovu görsün, onlarla söhbət etsin. Ancaq amansız ölüm Əkbərlə Azaflı Mikayılı haqq dünyasına qovuşdurmuşdu. Aşıq Şahbazi ustadların qəbirlərini ziyarət edəndən sonra Aşıq Əkbər Cəfərov adına Tovuz mədəniyyət evində qonaqların şərəfinə gözəl bir konsert də təşkil edilmişdir. Qonaqlar Cənubi Azərbaycana xoş bir təəssüratla qayıtmışdılar. O illərdən bəri Aşıq Səlcuq Şahbazi Azərbaycan aşıqları ilə sıx əlaqə yaratmışdı.
1992-ci ildə Gəncə şəhərində keçirilən festivalda iştirak etmiş və diploma layiq görülmüşdü.
2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycanda keçirilən birinci Beynəlxalq Aşıq Festivalında iştirak etmişdir. Aşıq Şahbazi Festivaldan ruhlanmış və İran İslam Respublikasına qayıdan kimi İran Aşıqlar Birliyi yaradılması haqqında öz qərarını verib işə başlayır. Həmin il (2010) Tehranda “Musiqi evi”ndə İran Aşıqlar Birliyinin təməli qoyulur. Həmin yığıncaqda Aşıq Səlcuq Şahbazi İran Aşıqlar Birliyinə sədr seçilir.
Sazı, sözü yaşadan insan

2015-ci ildə uzun illərdən bəri çəkdiyi əzab-əziyyətin bəhərini gördü. İran İslam Respublikasının rəhbərliyi tərəfindən Şahbazinin bu zəhməti öz layiqli yerini tapdı və Aşıq Səlcuq Şahbazi rəsmi olaraq İran Aşıqlar Birliyinin sədri seçildi. Həmin toplantıya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən və Azərbaycan Aşıqlar Birliyindən nümayəndələr və aşıqlar dəvət olunmuşdur. Toplantıda Aşıqlar Birliyinin katibi Musa Nəbi oğlu Zəlimxan Yaqubun Azərbaycan Aşıqlar Birliyi adından təbrik məktubunu oxumuş, Cənubi Azərbaycan aşıqlarına yeni-yeni uğurlar arzulamışdı.
Bəli, bu uğurlar davam edir və edəcək də. Bu yaxınlarda keçirilən “Dədə Şəmşir” festivalı və “Haqq Aşığı Tufarqanlı Abbas” festivalı bütün Türk dünyasına səs saldı.
Aşıq Səlcuq Şahbazi eyni zamanda yaradıcı aşıqlardandı. 2005-ci ildə “El səsi”, 2007-ci ildə “Təpədən dırnağa Azərbaycanam”, 2012-ci ildə “Aşıq dastanları” və 2016-cı ildə “İran aşıqları və ədəbiyyatı” kitabları işıq üzü görüb.
Aşıq Səlcuq Şahbazi eyni zamanda bir neçə aşıq havalarının da yaradıcısıdır. “Şahbazi dubeytisi”, “Şahbazi gəraylısı”, “Şahbazi divanisi”, “Şahbazi zərbi divanisi” və bir neçə havacatların müəllifidir.
Aşıq Səlcuq Şahbazi ilə söhbətimiz əsnasında bir sözü təkrar-təkrar qeyd edirdi ki, istər İranda, istərsə də bu tayda aşıq sənətini qoruyub saxlamaq lazımdır. Daha doğrusu, aşıqlıq sənəti, musiqi bizi biri-birimizə bağlayır. Musiqi sərhəd tanımır. Mən də öz növbəmdə ustad aşığa uğurlar arzulayıram. Allah özü sizə yar olsun.
Hüseyn Məmmədov,
müəllim


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!