“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 24-10-2016, 12:55
Aşıq Kamandarı yaşadan aşıq


Cənubi Azərbaycan aşıq sənətinin layiqli davamçılarından biri də Aşıq Abolfazil Qayabaşıdır.

Aşıq Abolfazil Qayabaşı ilə tanışlığımız iki ildən bir qədər çox olar. İlk tanışlığımız internet vasitəsi ilə oldu. Həmişə Aşıq Abolfazili internet səhifələrində dinləyirdim. Onu dinlədikcə məni xəyal çox uzaq illərə aparırdı. Borçalı aşıq məktəbinin görkəmli nümayəndələrini gözümün önündə canlandırırdı. İlahi səs, avaz necə də ustad Kamandara yaxın olarmış. İnana bilmirdim ki, oxuyan Aşıq Abolfazil olar.
Aşıq Kamandarı yaşadan aşıq

Bir neçə ay əvvəl Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən bir tədbirdə görüşdük. Sözün əsl mənasında bir-birimizi yaxından tanıdıq, tanış olduq. Həmin tədbirdə Aşıq Abolfazilin çıxışı məni və tədbirdə iştirak edənləri heyran etdi. Onda mən dedim ki, qardaş Aşıq Kamandar Əfəndiyev ölməyib, yaşayır.

Aşıq Abolfazil Qayabaşı 15 iyun 1978-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Böyük Qayabaşı kəndində anadan olub. Aşıqlıq sənətinə marağı el şənliklərində oxuyan aşıqlardan və kəndlərində yaşayan aşıq Əli Dermah adlı bir aşıqdan keçib. Aşıq Əli Dermah gənc Abolfazilə sazı tutmağından başlamış, sazı kökləmək, ədəb-ərkan, bir sözlə aşığın səhnə mədəniyyətini öyrətmişdir. Bir müddətdən sonra ustad aşıqların video, audio lent yazılarına qulaq asa-asa havacatları öyrənmişdi. Aşıq Abolfazil Qayabaşı deyir ki, ən çox dinlədiyim Borçalı aşıqları olub. Dədə Əmrah, Aşıq Hüseyn Saraçlı, Xındı Məmməd, Aşıq Kamandar olub. Ən çox sevib-qulaq asdığım Aşıq Kamandar idi. Ona görə mən oxuyanda Kamandar üslubunda oxuyuram. İlk ustadım Aşıq Əli Dermah olsa da, mənəvi ustadım Aşıq Kamandar Əfəndiyevdi. Onu da deyə bilərəm ki, Aşıq Kamandardan başqa Ədalət Nəsibov, Aşıq Xanlar Məhərrəmov və Aşıq Hacı Göyçəlini də çox dinləmişəm. Onların çaldığı havaları, vurduqları dilləri onlardan öyrənmişəm və bu günün özündə də öyrənirəm. Ustadların məsləhətinə qulaq asıram, onların dediklərinə əməl edirəm. Uzun müddətdir el şənliklərində, dövlət tədbirlərində həm o tayda, həm də burda çıxış edirəm. On ilə yaxındır Azərbaycandakı aşıqlarla sıx əlaqəmiz var. Hal-hazırda “Dədə Qorqud aşıqları”nın üzvüyəm.

Aşıq Kamandarı yaşadan aşıq

Aşıq Abolfazil Qayabaşı 2010-cu ildə Aşıq Ələsgərin 190 illiyində iştirak etmiş və diploma layiq görülmüşdü. 2010 və 2014-cü illərdə Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi festivallarda iştirak etmiş və Aşıqlar Birliyinin mərhum sədri rəhmətlik Zəlimxan Yaqubun öz imzası ilə imzalanmış diplomlara layiq görülmüşdü.

Aşıq Abolfazil Qayabaşı onu da bildirdi ki, Allahın bugünkü gününə çox şükürlər olsun ki, 2015-ci ildə İran İslam Respublikasının dövləti tərəfindən İran Aşıqlar Birliyi (İAB) təsis olundu və ustad Aşıq Səlcuq Şahbazi birliyimizin sədri seçildi. İranda Aşıqlar Birliyi yaradılandan bəri qısa bir vaxt ərzində çox böyük işlər görülüb. Təbrizdə, Əhərdə bir neçə konsertlərimiz olub, Tehran şəhərində İAB-nin rəhbərliyi altında “Dədə Şəmşir” festivalı, sentyabr ayının 3-də isə Təbriz şəhərində “Haqq aşığı Aşıq Abbas Tufarqanlı” festivalı keçirildi.

Aşıq Kamandarı yaşadan aşıq

Aşıq Abolfazil Qayabaşı ilə söhbətimiz əsnasında bir sirrin də üstünü açdı, dedi ki, İAB-nin sədri ustad aşığımız Səlcuq Şahbazi dekabr ayının ortalarında “Dədə Ələsgər” Festivalının keçirilməsinə hazırlıq işlərinə başlayıb. Sağlıq olsun, çox yüksək səviyyədə bir festival olacaq. Bu festivala ən azı 400-ə qədər aşıq dəvət olunacaq.

Mən də Aşıq Kamandar ləngərli, Kamandar yolunu davam etdirən Aşıq Abolfazil qardaşıma uzun ömür, can sağlığı arzulayıram. Mən belə deyərdim: Aşıq Kamandar ölməyib, Aşıq Abolfazil kimi gənc aşıqların qəlbində yaşayır və yaşayacaq.

Hüseyn Məmmədov,
müəllim

Yazı "Bütöv Azərbaycan" qəzetinin
27 oktyabr 2016-cı il tarixli sayında çap olunacaq


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!