20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 13-03-2017, 11:26
GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATÇILARININ AÇIQ MƏKTUBU


"Vicdanın səsi bütün qanunların üstündədir"
'Mahatma Qandi '


1. Son zamanlar "Azәrbaycan çağdaş şeir antologiyası" (ağ mәqbәrәlәrin şairləri) adlı yeni bir kitab işiq üzü gördü, ancaq kitabda gözə çarpan müəyyən çatışmazlıqlara qarşı aparılan mәdәni etirazların üzərində kitabı çap edən sayın "Səid Muğanlı" ilә "Saleh Səccadi" laqeyd davranıb məntiqli və elmi cavabların əvəzində ihanət, alçaltma və uydurma reaksiyaları göstərdilər. "... pulumuz var, nə təhər sevsək çap edəcəyik, kimsəyə dəxli yoxdur!" deyib etiraz vә tәnqid edәnlәri müxtәlif yönlәrdәn baykot edib ana dilimiz vә әdәbiyyatımızın sәdaqәtli xadimlәrinin haq sәsini susdurmağa çalışdılar. Buna görə biz güney ədəbiyatının bir sıra şairlәri, yazıçı vә tәnqidçilәri kimi bu mәktubla öz ədəbi_mədəni etirazımızı bildirmək istəyirik.

2. Yunancada (antologiya)sözünün mənası "müxtəlif yazıçıların əsərlərindən (xüsusi ilә şeirlərindən) ibarәt seçilmiş əsərlər məcmuәsi" demәkdir. "Azәrbaycan çağdaş şeir antologiyası" adının mənası güney Azәrbaycanlı müasir şairlərin müxtəlif üslubları və fikirlərinə baxmayaraq bәdii-әdәbi ölçülәr vә әdalәtlә seçilmiş şeirlәri demәkdir, ancaq sözü gedәn bu antologiyada müxtəlif çatışmazlıqların başında ədəbiyyatımızın böyük şairlərindən bir çoxunun əsərlәrinə yer verilmədiyini görürük. Kitabı çap edənlərin kifayət qәdәr ədəbi_elmi mәlumat vә bacarıqları, elmi vә әxlaqi sәlahiyyətlәri yoxdur. Bilirik fərqli ədəbi səliqəlәr hәr işdә ola bilәr, ancaq bu kitabda sәliqәnin deyil açıq şəkildə şəxsi әdәbi repressiyalara (təsviyə hesablara) şahidik. Unudulmuş və şeirlәri bu kitabda getmәyən şairlәrə nəzər saldıqda onları, tәmamilә bu kitabı çap edənlər, xususilә Səid Muğanlı və onun ədəbi sәdaqətsizliklərini tənqid edən ədəbiyatçılardan ibarәt olduğunu görürük. Səid Muğanlının Azәrbaycan ədəbiyatında әdalәt, insaf, bilim və milli_demokratik haqlarımızı şəxsi mənfə'ətlərinə fәda etmәsi birinci dәfə deyil. Səid Muğanlını tənqid etdiklәri üçün antologiyadan silinən bəzi böyük şairlərimizin adlarını xatırladırıq: Məhəmməd Rza Ləvayi, Saleh Ətayi, Mәhəmməd Sobhdel, Bulud Muradi, Həmid Asifi, Vüqar Nemət, Əmin Hacilu, Qəfur İmamizadə, Zaman Paşazadə, Mir Cəmal Hüseyni, İlqar Müəzzenzadə, Cəfər Bozorgəmin, Elşən Böyükvənd, Duman Bəxtiyari, Hüseyn Rəzmi (yaylım), Məryəm Qurbanzadə, Yusuf Behnemun (dalqın) və ...

3. Ədəbiyatımızda ədəbi tənqidin yoxluğu və zəifliyi hesabına meydanı boş görüb dəyərli və qimәtli yazıçı və şairlәrimizin adlarının silinməsinə qarşı birləşib dilimiz və ədəbiyatımızı qorumağa çalışmalıyıq. Bununla birlikdə, peşəkarlığı umuruq. Antologiyanın nəşrinə daha yararlı olan Səid Muğanlı, şeirlәri seçməyə lazım olan tərəfsizlik, bilim və təxəssüsdən yoxsuldur. Bir daha vurğulamalıyıq elmi işləri alimlər başa vurmalıdır.

4. "Azәrbaycan çağdaş şeir antologiyasi" kitabında əsərlәri çap olunmuş İsa Zeyni, Qadir Cəfəri, Vahab Hacızadə, Mәhəmməd Nuri, Hadi Qaraçay, və...

Başqa şairlər Səid Muğanlı və Saleh Səccadinin bu mәsuliyyәtsizlik və qeyri demokratik hərəkətlərini kəskin və ciddi şəkildə qınayır və pisləyirlər.

5. İndiyə kimi ədəbi sәdaqətsizlikləri, nəşr təxəllüfləri, müəllif haqqını pozmağı və sayirə üçün yuxarıda adı gedən həmin şairlər və yazıçılar tərəfindən tənqid olunan Səid Muğanlı, dilimiz və ədəbiyatımızın tanınmış sevdalılarının adlarını Azәrbaycan çağdaş şer antologiyasindan silməyə və yox etməyə haqqı və hüququ olmadığını vurğulayırıq.

6. Biz Azәrbaycanın müstəqil və azad yazıçı və şairlәri kimi Səid Muğanlının bu təxribatçı və antidemokratik hərәkətlәrini kəskin və ciddi şəkildə qınayıb pisləyirik. Dilimiz, ədəbiyatımız və әdәbi әxlaqsızlıqlarına (әdәbi sirqәt vә...) mәruz qalan şairlәrlә hәr hansı şәxsı mәsәlәdәn ötrü әsәrlәrinә bu kitabda yer verməmiş yazıçı və şairlərimizin tərəfindən Səid Muğanlıdan ədəbiyatımızın yaddaşından silinmәyəcək bu haqsızlıqları üçün bağış diləməsin, çatışmazlıqları doğruldub islah etmәsini istəyirik.

7- Әziz oxucular vә dәyәrli qәlәmdaşlar, Səid Muğanlı vә Saleh Səccadinin nәşr etdirdiklәri Azәrbaycan şeir antologiyasının mәntiqdәn iraq təmәllәrini aşağıdakı müqayisәdən anlaya bilərsiniz: Bu antoloqiya kitabında misal üçün beş nəfərin şerlərinə ixtisas edilәn sәhifәlәr әlli iki nəfərilə bərabərdir! 121sәhifә beş nәfәr üçün, 121 sәhifә әlli iki nәfәr üçün.
Bir addım irәli atıb bütünlüklә әdalәt üzrә seçilmiş bir antologiya izlәmәk olar, 213 sәhifә on nәfәr üçün, 217 sәhifә yetmiş iki nәfәr üçün.

Biz yalnız kitabda adları gedәn şairlәrә baxsaq hadisәnin dәrin acısını anlaya bilәrik. Sәid Muğanlı vә Saleh Səccadi hansı sәlahiyyәtlә seçimlәrindә bunca böyük fәrq vә әdalәtsizliyә yol veriblәr?

8- Mәktubu imzalayıb vә Sәid Muğalı, Saleh Səccadi vә bu antologiyaya qarşı etirazlı olan şairlәr, yazıçılar vә әdәbi mәdәni çalışqanlar:


Araz Əhmədoğlu, Murad Əmmari, Mәhәmmәdәli Nәhavәndi (Muğan), Nadir Paşayi (Paşa), Sәmәd Çaylı, Haniyә Tәbrizli (ayman), Əhәd Fәrәhmәndi (oyaq), İnam Gümanlı, Uman Turan, Sәhәr Xiyav, Rizvan Hacıqasımlı (Canay), Mәnuçehr Fәzli xәlәf (Azәrelli), Bәxtiyar Fәrrux, Hüseyn Rәzmi (Yaylım), Mahmud Nemәti (Yorqun xan), Kәhriz Miran, Eltaş Salehi, Sümәyyә Xanmәhәmmәdi, Mәhәmmәd Sübhdil, Vüqar Nemәt, Qәfur İmamizadә, Duman Bәxtiyari, Ayhan Miyanalı, Qadir Cәfәri, İsa Zeyni, Vahab Hacızadә, Mәhәmmәd Nuri, Rza Nuri, Əmin Hacilu, Mәryәm Qurbanzadә, Elşәn Böyükvәnd, Bulud Muradi, Araz Asif, Zaman Paşazadә, Qasım Pәnahi, Behruz Xәlәfi, Firuz Fәrәczadә (Alışan), Mәhәmmәd Çalqın, Mәhәmmәd Əmini, Mәsud Haray, Əsgәr Olyayi koliyan (İmad Yaşıl), Mәhәmmәdhüseyin Sövdagәr, Tohid Namvәr (adlım), Mәcid Teymurifәr (Sәfa), Sayә Ərdәbili, Nazәnin Heydәrzadә (El qızı), Seyid Heydәr dәvami әtiq, Hәmid Əhmәdzadә (Telimxanlı), Cavad Urmulu, Əsgәr Abidi (ilqar), Pәrviz Sudi (Dalğa), İsmayıl Xurrәmi, Mehri Zarei, Zәhra Nәcәfi, Rüqәyyә Haşimzadә (xan sәnәm), Əli Babayi, Ruhullah Şahi (Marağalı Şahi), Əkbәr Paşapur, Rәna Zarei, Əlirza Çaharburci, Lalә Hәqiqi, İsa Cәvadi (Dağlar), Atilla Hacızadә, Böyük Əhmәdi, Qulamәli Hüseynzadә (Sırdaş), Keyvan Qurbani, Hәbib Yәzdani, Şәrifә Cәfәri, Cәfәr Büzürgәmin, Rüqәyyә Əbdüli (Sazaq), Rza Dehqan, Mәhәmmәdәli Cәfәri, Sürәyya Simzari, Yusuf Hicazi, Şәbnәm Tohidi (Tansu Xitavi), Vәli Qaradağlı, Əbasәt Purhәsәn, Hadi Bulud, Saqib Rәştabadi, Tahir İmani (Dinmәz), Qulamrza Purmәhәmmәd, Xoşnam, Sәxavәt İzzәti, Əlirza Ənbaz, Hәmid Ənbaz, Yaqub Əhmәdvәnd (Ayrılmaz), Milad Əzimi (Sönmәz Qaradağlı), Ümid Əzizpur, Əhmәd Fәthi (Yalqız), Ruzbeh Sәmәdi Niroğlu, Murtaza Dustәlinәjad (Dinmәz), Hüseyn Ümidi (Urman), Davud Rәhimi (Barış), Mәhәmmәd Hәsәnnәjad (İlqar), Fatimә Seraci (Tanrı), Əli Mәhәmmәdi (Yorqun), Ziba Mirәhmәdi, Fatimә Mirhәsәnpur, Hadi Qaraçay, Əbuzәr Xeybәriyan (Türkeş Qoşaçaylı), Fәraz Əsgәriyan Badıllı, Fәrzad Böyükvәnd, Hәmid Sәdiqi, Yusif Behnemun (Dalğın), İsmayıl Pilpaye, Atabәy Teymuri, Ənsar Qәrәdağı, Çingiz Dövlәtyari, Rәsul İrani (Aranlı), Əmin Nasir vә...

Göndərən
Araz (Abbasəli) Əhmədoğlu

"Bütöv Azərbaycan" qəzeti
10 mart 2017-ci il
REDAKSİYADAN: Qarşı tərəfin bu iddiaya məntiqli cavabı olarsa, onu da çap etməyə hazırıq!


Paylaş



Bölmə: Güneyin sesi / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!