Vaqif Bəhməli- 60 yaşın hesabatı
Azәrbaycan poeziyasında Vaqif Bәhmәnlinin öz dәstxәtti, öz üslubu var. Şairlәrin çox olduğu bir
mәmlәkәtdә sözünü sevdirә bilmәk heç dә hәr kәsә nәsib olan deyil. Vaqif
Bәhmәnli ilk qәlәm tәcrübәsindәn, ilk şeirlәrindәn bunu bacarıb, oxucu qәlbinә yol tapıb, hansı mövzuya
müraciәt etmәsindәn asılı olmayaraq təkrarsız fikirlər ifadə edə bilib. Sözün paklığını, ülviliyini hәr şeydәn uca tutan
V.Bәhmәnli heç vaxt oxucu qıtlığı çəkməyib.Yazdıqları bir nәfәsә oxunub, oxuna -oxuna sevilib. Bu dəfə də Vaqifsevərlər
Azәrbaycan Dövlәt Gәnc Tamaşaçılar Teatrına onun poeziyasının işığına yığışmışdılar.
Oktyabrın 22dә Vaqif Bәhmәnli 60 illik yubileyinә hәsr edilmiş “Beş damla” poeziya axşamı әsl şeir bayramını xatırladırdı. Vaqif müәllim poeziya axşamını özü aparırdı. Yubilyar gecәdә beş uşağın vәzifә vә şöhrәt, sevgi, ömür, mәhәbbәt, alın yazısı kimi hәyati mәqamlarla bağlı verdiyi suallara şeirlә cavab verirdi. Xanәndәlәr – Sevinc Sarıyeva, Almaz Orucova, Mәlәkxanım Әyyubova, Nizami Abdullayev vә Eldәniz Mәmmәdovun hәzin, ürәyәyatan ifaları
gecәyә daha bir xoş ovqat qatırdı. Orijinal ssenarisi iştirakçıların hamısını heyran etmişdi. Heyranlıq alqışlardan hiss olunurdu.
Sonda Vaqif Bәhmәnli yubiley gecәsinin tәşkilindә dәstәk göstәrәnlәrә, xüsusilә da işlәdiyi kollektivәrəhbərlik edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, tәdbirin ideya müәllifi, nazir müavini Әdalәt Vәliyevә tәşәkkürünü və minnətdarlığını bildirib.
Qeyd edәk ki, Vaqif Bəhmənlinin “Heyrәt”, “Belә”, “Quyu”, “Xoşbәxt yalquzaq”, “Cinli adam”, “Kişinin göz yaşı”, şeirlәrini son illәrdә yazdığı әn yaxşı poeziya nümunәlәri hesab etmәk olar. Axtarışdan yorulmayan V.Bәhmәnlinin 35 şeir kitabı işıq üzü görüb. O, bir neçə beynәlxalq poeziya
vә әdәbiyyat festivallarında iştirak edib. Bir sıra nüfuzlu qurumların üzvüdür. Әsәrlәri rus, özbәk, ukrayna,
türk, alman, ingilis, türkmәn, gürcü dillәrinә tәrcümә olunub. Almaniya, Rusiya, Misir, Ukrayna, İran,
Belarus, Latviya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmәnistan, Qazaxıstan, Gürcüstan vә digәr ölkәlәrdә
rәsmi vә yaradıcılıq sәfәrlәrindә olub. “Azәrbaycan” fotoalbomunun, “Azәrbaycan Dövlәt Kitabı”nın mәtn
müәlliflәrindәn biridir. Azәrbaycan Respublikasının “Әmәkdar Mәdәniyyәt İşçisi” fәxri adına layiq
görülüb.