TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 23-12-2014, 18:44
Mehdiabad seçiciləri fəallıq nümaiş etdiriblər

45 saylı Abşeron seçki dairəsi Abşeron rayonunun Saray, Mehdiabad, Qobu, Güzdək, Digah, Hökməli, Aşağı Güzdək, Novxanı, Fatmayı, Goradil, Məmmədli, Masazır, Pirəkəşkül, Qobustan bələdiyyələrini və Xırdalan şəhərini əhatə edir. Əməkdaşlarımız seçkilərin gedişilə bağlı material hazırlamaq üçün Mehdiabad qəsəbəsində olublar. Oradakı 4 seçki məntəqəsindən material hazırlanıb.Reyddən fotoreportajı və Ərturan İSMAYILın 30 saylı seçki məntəqəsindən hazırladığımaterialı təqdim edirik:
Baş çəkdiyim Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 45 saylı dairənin 30 saylı seçki məntəqəsində seçki prosesinin uğurla həyata keçirilməsi üçün bütün imkanlar yaradılmışdı. Seçici siyahıları, plakatlar məntəqədə asılmış, komissiya üzvləri məntəqə daxilində onlar üçün ayrılmış yerdə mövqelərini tutmuşdular. Səhər saatları olsa da seçicilər ikibir, üçbir məntəqəyə gəlib əvvəlcə adını seçici siyahısında axtarır, ardınca şəxsiyyət vəsiqəsini təqdim edərək içəri daxil olurdular. Komissiya üzvü onların sol əlinin baş barmağının işarələnib-işarələnmədiyini xüsusi avadanlıqla yoxlayırdı. Əgər seçicinin barmağında heç bir işarə olmurdusa, o, məntəqəyə buraxılırdı. Seçici məntəqədə təkrar şəxsiyyət vəsiqəsini təqdim edir, lazımi qeydiyyat işi aparılaraq onun sol əlinin baş barmağı gözə görünməyən mürəkkəblə işarələnirdi. Yalnız bundan sonra seçiciyə bülleten təqdim edilirdi. Seçici səsvermə otağına keçərək istədiyi namizədlərin adının qarşısındakı xananı işarələyir, ardınca həmin bülleteni qatlayaraq seçki qutusuna atır, məntəqəni tərk edirdi. Beləliklə də səsvermə baş tutmuş sayılırdı. Səsverməni məntəqədə olan müşahidəçilər də maneəsiz izləyə bilirdi.Məntəqə sədri Pənah Babayev seçicilərin seçkidə iştirak etməsi, istədikləri namizədə səs verməsi üçün hər cür şəraitin yaradıldığını bildirdi. Qeyd etdi ki, seçkidən əvvəl məntəqə lazımi avadanlıqlarla tam təchiz olunub: “Məntəqədə seçkiyə çağırış şüarları, seçici siyahıları və sair bu kimi materiallar əvvəlcədən görünən yerdə asılıb. Məntəqədə kamera quraşdırılıb, generatorla təmin edilib ki, hətta təsadüfən işıq sönəcəyi təqdirdə belə, prosesdə fasilə yaşanmasın. Mərkəzi Seçki Komissiyasının tabeliyindəki mərkəz tərəfindən məntəqədə baş tutan seçki prosesi rahatlıqla, canlı şəkildə izlənilə bilir. Bu məntəqədə 1269 seçici qeydiyyatdadır. 13 bələdiyyə yeri uğrunda 41 namizəd mübarizə aparır. Onlar arasında əsasən gənclər üstünlük təşkil edir. Artıq bir saat 30 dəqiqədir ki, seçki başlayıb. İndiyə kimi təxminən 300 nəfərə yaxın seçici məntəqəyə gəlib öz seçimini edib”.
Məntəqə sədri bildirdi ki, səsvermə prosesini 10 müşahidəçi də izləyir. Həmin müşahidəçilər müxtəlif siyasi partiyaları təmsil edən yerli müşahidəçilərdir. Müşahidəçi kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Hafizə Xuduyeva, müstəqil müşahidəçi Ələddin Hökməliyev səhər seçki başlayandan məntəqədə olduqlarını, seçki prosesini müşahidə etdiklərini vurğuladılar. Onlar məntəqədəki hazırlığı, seçiciləri qəbul etmək üçün görülən işləri qənaətbəxş hesab etdilər. Bildirdilər ki, seçicilərə qanunla nəzərdə tutulmuş şəkildə xidmət göstərmək üçün məntəqədə bütün imkanlar var.
Məntəqədə seçicilərlə də həmsöhbət olduq. Mehdiabad qəsəbə sakinləri Gürzalı və Dürdanə İsmayılovlar, Əfsanə Qasımova, Fərman Həşimov səs vermək üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər. Onlar ölkəmiz müstəqillik əldə etdikdən bu günə kimi keçirilən bütün seçkilərdə fəal iştirak etdiklərini qeyd etdilər. Qəsəbə sakini Kamil Qasımov da hər şeyin tam qaydasında və yüksək səviyyədə təşkil olunduğunu dilə gətirdi. O, məntəqədəki nizam-intizamın dərhal gözə çarpdığını, vətəndaşlara qanun çərçivəsində xidmət göstərildiyini söylədi. Dedi ki, hər bir vətəndaş kimi o da qaydalara əməl edib, sərbəst şəkildə istədiyi namizədlərə səs verib.
Seçkilərin gedişi və nəticələr barədə “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında daha geniş məlumat və digər məntəqələrdəki müşahidəçilərin rəyləri dərc olunacaq.
Mehdiabad seçiciləri fəallıq nümaiş etdiriblər
Mehdiabad seçiciləri fəallıq nümaiş etdiriblər
Mehdiabad seçiciləri fəallıq nümaiş etdiriblər[/center]


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!