“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 1-01-2015, 09:34
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

31 dekabr 2014 il
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub, ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim edib. Yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana-camaşırxana-hamamxana kompleksi və digər obyektlər ilə tanış olub.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
2014-cü ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə panika və iflic vəziyyətində olduğunu, ermənilərin əsgər və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Ali Baş Komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı olaraq işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsininin olduğunu xatırladan Müdafiə naziri 2015-ci ildə Ordunun bu vəzifənin yerinə yetirilməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri gələcək xidmətlərində onlara uğurlar diləyib.
Sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə şəxsi heyətin daimi istiliklə təmin olunması məqsədilə ön xəttə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb və şəxsi heyətin iştirakı ilə uzun ömürlüyün simvolu olan çinar ağacı əkilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.
Səfər zamanı Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Müdafiə naziri yüksək döyüş hazırlığının, şəxsi heyətin vətənpərvərlik ruhunun, əzmkarlığının, nizam-intizamın möhkəmləndirilməsində və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əldə etdikləri nailiyyətlərə görə hərbi qulluqçulara təşəkkür edib, onları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.
Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən təlim mərkəzində və hərbi hissə şəhərciyində olub, tikinti-quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Bildirilib ki, 2015-ci ildə müasir standartlara uyğun, tam təmin edilmiş 10-a yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulub.
Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!