Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 20-05-2015, 17:31
“Yalan və ayrı-seçkiliyə qırmızı kart”

Azərbaycanlılar “Traxtur”un çempionluqdan məhrum edilməsindən sonra kampaniyaya başlayıb: “Yalan və ayrı-seçkiliyə qırmızı kart”
Güneyli internet istifadəçiləri sosial şəbəkələrdə “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası başladıblar. Kampaniya Təbrizin “Traxtur” futbol komandasını super liqa çempionluğundan məhrum edilməsindən sonra başlayıb.
Kampaniyaya qatılan güneylilər sosial şəbəkələrdə qırmızı kart şəkilləri paylaşaraq “Traxtur” komandasına verilən yalan məlumat məsələsinə diqqət çəkməklə yanaşı “hakimiyyətin Azərbaycana verdiyi yalan vədlər, ədalətsizlik, asimilasyon və türk düşmənliyinə” qırmızı kart verdiklərini yazırlar.
Xatırladaq ki, mayın 15-də (ordibeheştin 25-də) keçirilən “Traxtur-Neft” müsabiqəsinin nəticəsi İranın bu ilki super liqa rəqabətlərinin çempionunu müəyyənləşdirməli idi. Və bu müsabiqədə “Traxtur” çempion oldu, lakin oyunun sonlarında Futbol Federasiyası tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçularına deyilən yalan məlumat “Traxtur” oyunçularını hücumdan müdafiəyə yönəltdi. Oyunun birinci hissəsi 2:1 hesabı ilə “Traxtur”un xeyirinə başa çatdı. İkinci hissədə isə durum dəyişdi və müsabiqə 3:3 hesabı ilə sona çatdı. Müsabiqə sona çatınca “Traxtur” tərəfdarları meydançaya daxil olub və öz sevinclərini paylaşdılar. Lakin oyunun sonuna 8 dəqiqə qalmış yayılan şayiə yalan çıxdı və bildirildi ki, İsfahanda “Sepahan-Saypa” müsabiqəsi deyilən kimi 2:2 deyil, 2:0 hesabı ilə “Sepahan”ın xeyirinə yekunlaşıb və nəticə etibarı ilə “Sepahan” super liqanın çempionu olub. Bu xəbəri təəccüblə qarşılayan “Traxtur” tərəfdarları artıq planı anlayıb və etirazlara başladılar. Bir neçə dəqiqə ərzində etirazlar stadiondan şəhər daxilinə qədər genişləndi və Təbrizin müxtəlif məntəqələrini bürüdü. Etiraz yığıncaqlarında bir çox soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və yaralandı, onlardan bir neçəsinin yaxalandığı məlum oldu.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!