Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Tarix : 10-11-2015, 19:24
Bunların şərəfsiz ideoloqları…



İran türkləri İran mediasında, İran televiziyasında yenidən təhqir edilmişlər. Bu, televiziyanın və ya jurnalistin suçu, yanlışı deyildir, şovinist, cahil fars-molla rejiminin gizli və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən qaynaqlanır.

Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir dəfə olar, iki dəfə olar... Amma İranda türklər min ildir təhqir olunurlar. Riyakar və nankor Firdovsinin anti-türk “Şahnamə”sindən başlayaraq bu günə qədər.

Türklərin Ərdəbildə eşşək, Tehrana getdikdən sonra adam olduğu həqarətini yayan eşşəklərin karikaturası unuduldumu? Bəlkə türkləri böcək şəklində təsvir edən təhqirlər yaddan çıxdı?

Yox bunlar unudulmayıb! Biz - sadəlövh, unutqan, hər şeyi bağışlayan, özünə sayğı göstərməyən türklər - unutsaq da, bunların şərəfsiz ideoloqları, ilhamverənləri unutmayıblar və bu işi hər gün çeşidli yollarla davam etdirirlər.

Bəli! İranda türk bir daha aşağılandı, təhqir olundu, türklər ayağa qalxdı. “Kanal 2” yalandan üzr istədi, kimsə cəzalandırıldı. Bununla iş bitdimi?
Bunların şərəfsiz ideoloqları…


Biz millət olaraq papağımızı qabağımıza qoyub nə vaxt düşünəcəyik? Nə vaxt düşünəcəyik ki, axı biz niyə təhqir olunuruq? Niyə İranda, İraqda, Suriyada, Gürcüstanda, Rusiyada, Avropada... - hər yerdə incidilən, aşağılanan, təhqir edilən türkdür? Sevməyənimiz çoxdur, bu bəllidir! Türkün dünyaya ağalıq elədiyi yüzilləri unutmamışlar və onun öcünü alırlar... Bu da bəllidir!

Düşmən düşməndir və bunu heç vaxt unutmaq olmaz. İranın keçmiş Dış İşləri bakanı Xərrazi yazanda ki, ermənilər bizim qan qohumumuzdur, biz - İranda yaşayan türklər də bilməlidirlər ki, bu, İran adlanan ölkənin rəsmi mövqeyidir, o, əhalisinin yarıdan çoxunu, yəni bizləri yad, ermənini isə doğma sayır və həmişə olduğu kimi son 25 ildə də bu siyasətini davam etdirir.

İranda rejimlər dəyişilir, şah gedir, molla gəlir və ya fars gedir, türk gəlir; arvadbazlıqdan başı açılmayan şahları guya gecə-gündüz ibadət edib, Allaha yalvaran ruhanilər əvəz edir, amma İranın türk düşmənçiliyi azalmır. Əcəba, niyə? Əcəba, niyə bu fiziki və mənəvi kötəklər bizi ayıltmır? Niyə biz başımızı qaldırıb öz ləyaqətimiz haqqında düşünmürük? Əcəba, biz niyə bu qədər qürursuz və hər şeyə boyun əyən olmuşuq? Bunu düşündükmü? Bunu hər gün düşünürükmü? Bunu evimizdə, işimizdə uşaqlarımızla, ailəmizlə, qohum-əqraba ilə, dostlarımızla, toplum olaraq hər gün düşünüb yol axtarırıqmı? Axtarmırsansa və bu yolu bulmursansa, bu təhqirlər davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq!

İranda 2500 ildən artıqdır bir İran-Turan davası gedir. Farslar bunun bilincini daşıyırlar, bunu öz egitim və tərbiyə sistemlərinin mayasına yerləşdiriblər. Əmisi uşaqları olan ermənilər kimi. Bəs biz? Biz bu 2500 illik gizli-açıq savaş haqqında nə bilirik? Heç nə! Çünki min ildir İranda bizi təhqir edən "Şahnamə" farslarla yanaşı türklərin də masaüstü kitabı olub, fars onu qürurla oxuyub, biz şüursuzcasına, müqavimətsiz, ölü bir seyrçi ruhla və ya ruhsuzluqla...

Türklər növbəti dəfə təhqir olundu! Pah! Burda sizi incidən, danışmağa məcbur edən nə var ki?! Türk İranda tarix boyu təhqir olunub. Hər gün təhqir olunur. Dövlətin başında türk şahlar dayananda da təhqir olunurdular, bu gün türk ali dini rəhbər dayananda da təhqir olunurlar.

Farsın yanaşması, yeri bəllidir. O, Keyxosrovun, Firdovsinin, Pəhləvinin nəslidir... 2700 il öncə Alp Ər Tonqanı xəyanətlə, qonaq çağırıb, süfrə başında, dostluqdan danışa-danışa, kişiyə yaraşmayan şəkildə zəhərləyib öldürmüşdülər.100 il öncə də Səttar xanla Bağır xanı al dil ilə aldadb Tehrana aparıb, orda məhv etmişdilər...

Min illər ərzində nə dəyişilib ki! Niyə həmişə aldanan, inanan, düşmənçilikləri unudan, hər itə-qurda boyun əyən biz olmalıyıq? Biz heç dəyişməmişik! Amma fars 2500 il ərzində çox dəyişilib... 2500 il əvvəl onların heyvandan, yəni böcəkdən, tualet həşaratından, eşşəkdən heç bir fərqləri yox idi. At demirəm, çünki atlar öz analarını, bacılarını tanıyır və onlara yaxınlaşmırlar, amma Dara dövründə fars ana-bacı bilməzdi, ata qızıyla, bacı qardaşıyla, oğul anasıyla yaşayardı və oğraş sözünün yaradıcısı da onlardır.

Amma bu bir tarixdir. Tarixi qoyuruq bir kənara. Farslarla da işimiz yox! Böyüklərimiz demiş: Yağı düşmən dost olmaz! Bəs biz? Bizim özümüz? Bizim heç günahımız yoxdur? Fars sayca bizdən az ola-ola İranın hakim xalqına çevrilib, hər şeyi farslaşdırır, türkün bütün mədəniyyətini Persiyanın adına yazır... Qardaşlarım, bu, təhqir deyil? İranda minlərlə ailə türk kimliyini unudaraq özünü fars kimi aparır, uşağına ana dilini öyrətmir, türkcə danışmağı özünə sığışdırmır. Bu, təhqir deyil? Türk milli kimliyini unudanların sayı-hesabı yoxdur... Bu, təhqir deyil? Türkcə məktəb yox, universitet yox və on milyonlarla türk buna dözür... Bu, təhqir deyil?
Bunların şərəfsiz ideoloqları…

Böyük, şərəfli Türk bu gün İranda, gəlmə farslardan çox-çox öncədən onun ana yurdu olan bu torpaqda uşağına ana dilində ad verə bilmir, dükanına, bazarına yad adlar qoyur... Bu, təhqir deyil?

Güney Azərbaycan torpaqları üstündən hər gün Qarabağı işğal edib, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir, İrəvan bazarları İrandan gedən azəri türkləriylə doludur... Bu, təhqir deyil?

İrandan köçüb Avropaya gedən, dünyaya yayılan Güney azərbaycanlı qardaşlarımız farsın təsiri olmayan yerlərdə də öz uşaqlarıyla farsca danışırlarsa, bu, təhqir deyil?

Yox,məncə bu, farsın təhqirindən daha ağır təhqirdir! Özünə sayğı göstər ki, başqası da göstərsin!

Böcək, uzunqulaq... Belə bənzətmələrlə bizi təhqir edənlər öz kimliklərini göstərirlər. Bu yolla yatmış milləti oyadır, öz qəbirlərini qazırlar. Özümüzə, kimliyimizə, dilimizə, torpağımıza, tariximizə, valığımıza, dəyərlərimizə, biri- birimizə, türk olmaq şərəfinə sahib çıxmamaqdır ən böyük təhqir... Buna son qoymasaq, öz sonumuzu gətirəcəyik... Bizi sevməyənlərə min lənət!

Allah türkü və Azərbaycanımızı qorusun!


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!