Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 11-02-2016, 14:13
 "Qızıl ulduzlu qəhrəmanlarımız"


Hərbi Jurnalistlər Birliyinin mətbuat xidmətindən Butov.az-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən hərbi-vətənpərvərlik tədbirlərinə start verilib

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri Beyləqan, Füzuli, Ağcabədi bölgələrində ön səngərdə xidmət edən hərbi qulluqçular, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğulduğu Avşar kəndinin ağsaqqalları, ziyalılar, müharibə əlilləri, veteranlar, şəhid valideynləri kənd qəbiristanlığına gedərək 1993-cü il fevralın 9-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş N.Abdullayevin məzarını ziyarət edib, önünə əklil, tər qərənfillər düzüblər.
Ön səngərdən gələn əsgərlər Milli Qəhrəmanın məzarı önündə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər.
 "Qızıl ulduzlu qəhrəmanlarımız"
 "Qızıl ulduzlu qəhrəmanlarımız"

Sonra şəhidin ailəsi ilə görüş olub. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi və Milli Qəhrəmanın ölümündən sonra təltif edildiyi "Fədai" medalı şəhidin ailəsinə təqdim olunub.
 "Qızıl ulduzlu qəhrəmanlarımız"

Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən anma mərasimi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam edib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin bu yeni layihəsinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda göstərdikləri şəxsi rəşadət və şücaətlərə görə
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Vətən övladlarının xatirələrinin əziz tutulması və qəhrəmanlıqlarının təbliği işində böyük əhəmiyyət kəsb edəcək, gənc nəslin hərbi döyüş ənənələri ruhunda tərbiyə edilməsində mühüm rol oynayacaqdır.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim edilən ədəbi-musiqili rekviyem-kompozisiya tamaşaçılarda böyük maraq doğurub. Biri-birindən təsirli səhnələr, mahnılar, marşlar və vətənpərvərlik şeirləri xalq ilə ordunu birliyə, işğal altında olan Vətən torpaqlarını azad etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyib. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Sevinc Sarıyeva və başqalarının çıxışları alqışlarla qarşılanıb.
 "Qızıl ulduzlu qəhrəmanlarımız"[/center]
Sonda qəhrəmanın adını daşıyan Avşar kənd orta məktəbinin direktoru Kərim Ələkbərov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhid qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 "Qızıl ulduzlu qəhrəmanlarımız"


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!