Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 2-03-2016, 18:10
QHT Şurasında seçkilərin keçirilmə vaxtı müəyyən edildi

Katiblik seçki prosesini izləmək üçün media qurumlarını 7 mart 2016-cı il tarixədək akreditədən keçməyə dəvət edir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.


Şura sədri Azay Quliyev iclasın gündəliyinə Şuranın elan etdiyi 1-ci maliyyə müsabiqəsi fondunun müəyyənləşdirilməsi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırması Qaydasının icrası haqqında təlimatın, Şuranın maliyyə yardım; ilə QHT-lər tərəfindən icra olunan layihələrin Şura Katibliyi tərəfindən idarə edilməsi qaydalarının, Şuranın 2016-cı il fəaliyyət planının təsdiqi, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi, Şura üzvlüyünə seçkilərin keçirilməsinin təqvimi və iclasların keçirilmə qaydaları haqqında təlimatın təsdiqi və digər məsələlərin daxil olunmasını təklif edib və gündəlik bu ardıcıllıqla təsdiq edilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli və baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.

Əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F. Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə Şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.

İclasda Şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.

Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.

Şuradan verilən məlumatda həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə və 4.8.7-1. yarımbəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2016-cı ilin mart və aprel ayları ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının seçki yığıncaqları keçiriləcək:
• insan hüquqları və demokratiya;
• ailə, qadın və uşaq məsələləri ;
• qaçqın, köçkün, əlil və veteranların məsələləri;
• iqtisadi və sosial məsələlər;
• təhsil, elm və mədəniyyət;
• gənclər və vətənpərvərlik tərbiyəsi;
• səhiyyə, sağlamlıq və ekologiya;
• narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Şura Katibliyi seçkilərin qanunvericiliyə uyğun şəkildə, şəffaf və ədalətli formada keçirilməsi üçün bütün zəruri hazırlıqların görüldüyünü bildirir. Katiblik seçki prosesini izləmək üçün media qurumlarını 7 mart 2016-cı il tarixədək akreditədən keçməyə dəvət edir.
Ünvan: Fikrət Əmirov küçəsi 1.
Telefon: (+994) 12 493 17 80; 055 788 47 67.
Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!