Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 5-02-2016, 15:08
QHT Şurasının rəhbərliyinə seçkilər elan edildi - ŞƏRTLƏR





Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə və 4.8.7-1. yarımbəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2016-cı ilin mart ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcək:


insan hüquqları və demokratiya;
ailə, qadın və uşaq məsələləri ;
qaçqın, köçkün, əlil və veteranların məsələləri;
iqtisadi və sosial məsələlər;
təhsil, elm və mədəniyyət;
gənclər və vətənpərvərlik tərbiyəsi;
səhiyyə, sağlamlıq və ekologiya;
narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2016-cı il fevralın 29-nadək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ərizə ilə müraciət edə bilərlər.
Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Ərizədə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir (ərizənin forması əlavə olunur-Əlavə 1).
QHT Şura üzvlüyünə namizəd irəli sürə bilər. İrəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır. Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq ərizəni və anket məlumatlarını Katibliyə təqdim etməlidir (namizədlik üçün ərizə forması-Əlavə 2 və anket məlumatlarının forması-Əlavə 3).
QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcəkdir.
Ərizə və anket formalarını Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarından əldə etmək olar.
Nümayəndələrin və namizədlərin siyahısı seçkilərin keçirilməsindən 5 gün əvvəl qeyd olunan saytlarda yerləşdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!