Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                        Tramp Zelenski ilə nələrdən danışıb? .....                        Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB .....                        Şahin Şıxlinski barədə axtarış elan edildi .....                        Məşhur amerikalı müğənni vəfat etdi .....                       
Tarix : 21-01-2016, 15:05
Layihə vermiş QHT-lərin nəzərinə

Ekspertlərin toplantısında tətbiq olunacaq yeniliklər müzakirə edilib
Butov.az Türküstan.infoya istinadla xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında qurumun sədri Azay Quliyev və Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə QHT layihələrini qiymətləndirən ekspertlərlə görüş keçirilib. Toplantıda məlumat verilib ki, 2016-cı ildə layihələrin dəyərləndirilməsi işində şəffaflığın daha yüksək dərəcədə təmin olunması üçün bir sıra yeniliklər tətbiq olunacaq. Şuranın cari ildəki maliyyə müsabiqəsində qeydiyyatdan keçən hər bir QHT-nin layihəsinə verilən ekspert rəyi və müvafiq bal ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, birinci mərhələdə layihələr Şura Katibliyinin əməkdaşları tərəfindən texniki seleksiyadan keçirilir. Burada məqsəd QHT-lərin təqdim etdikləri layihə sənədlərinin müsabiqə şərt və qaydalarına uyğunluğunu müəyyən etməkdir.
İkinci mərhələdə isə hər bir layihəyə 3 müxtəlif ekspert rəy verir. Bir ekspertin verdiyi bal digərinə bəlli olmur. Ekpertlər Şura Katibliyinin onlara təqdim etdiyi elektron kodlarla müvafiq hesablara daxil olaraq qiymətləndirmə prosesini həyata keçirirlər. Hər bir ekspert 7 istiqamət və 13 sual üzrə qiymətləndirmə aparır və layihələri 5 ballıq şkala üzrə dəyərləndirir. Bir layihə üzrə maksimum bal 65-dir. Ekspertlərin 40-dan yuxarı balla qiymətləndirdiyi layihələrin maliyələşdirilməsi Şuranın müzakirəsinə təklif edilir.
Üçüncü mərhələdə isə Şura hər bir layihə üzrə təqdim olunmuş ekspert rəyini, QHT-nin Şuranın maliyyə dəstəyi hesabına əvvəlki illərdə həyata keçirdiyi layihənin icra vəziyyətini və layihə idarəetmə təcrübəsini nəzərə alaraq yekun qərar qəbul edir. Müsabiqə nəticələri açıqlandıqdan sonra narazı qalan hər bir QHT-nin Şuranın Apellyasiya Komissiyasına müraciət etmək hüququ var.
Görüşdə bütün layihələrin yalnız ekspert rəylərinin nəticəsi əsas götürülərək qiymətləndiriləcəyi, hər hansı subyektiv yanaşmaya və kənar müdaxiləyə yol verilməyəcəyi vurğulanıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!