Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 15-04-2016, 12:50
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib


Bu gün Milli Məclisin plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.

Qərar layihəsində MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.

Spiker Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq Milli Məclisə seçkilərdən sonra MSK-nın tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib. BAXCP sədri, millət vəkili çıxışında MSK üzvlərinə diplomatik pasportlar verilməsini təklif edib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov millət vəkillərini qərar layihəsinə səsverməyə çağırıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli MSK-nın formatının zamanında çox düzgün formalaşdırıldığını, MSK-nın peşəkar əsaslarla formalaşdırıldığını qeyd edib.

İclasda qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin - Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə isə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub. A.Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi idi. Lakin 2015-ci ildə keçirilən parlament seçkilərində Ümid Partiyası deputat mandatı qazana bilməyib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!