Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 27-04-2016, 10:06
Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 96 il ötür



Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 96 il ötür. 1920-ci il aprelin 27-də yerli kommunistlərin dəstəyi ilə XI Qırmızı Ordunun 23 aylıq gənc dövlətimizə qarşı təcavüzü cümhuriyyətimizin işğalı ilə nəticələndi. Bununla da Azərbaycanda 71 il davam edən sovet rejiminin hökmranlığı başladı.

Həmin dövr tarixinin əsas araşdırıcılarından olan Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Nəsiman Yaqublu "Yeni Müsavat”a açıqlamasında Cümhuriyyətimizin işğalını belə şərh etdi: "Aprelin 27-də Cümhuriyyətimizin işğalının bir neçə səbəblərini sadalamaq mümkündür. Birincisi daxili, ikincisi xarici səbəblərdən baş verib. Üçüncü səbəb buradakı bolşevik azərbaycanlıların davranışları ilə bağlıdır. Daha bir səbəb də burada olan türk zabitləri və əsgərlərinin fəaliyyəti ilə bağlıdır. Əvvəla, işğal tarixi 28 aprel deyil, 27 apreldir. Uzun illər xalqı əsl həqiqətlərdən yayındırmaq üçün yalan xəbərlər verdilər ki, guya Azərbaycan aprelin 28-də işğal olunub. Əslinə qalsa, bu tarixdə sovet hakimiyyəti qurulub. Bunu özləri də etiraf edirlər. Aprelin 26-dan 27-nə keçən gecə sovet ordusunun hissələri Azərbaycan sərhədini keçiblər. Bu, birbaşa işğaldır, Azərbaycanda sovet hakimiyyətinin qurulması deyil. Mövcud rejimi devirib, Azərbaycanda amansız bir terror rejimi yaratdılar. Burada Cümhuriyyətimizi devirməkdə əsas maraqlı qüvvə bolşevik Rusiyası idi. Rusiya yaxınlığında müstəqil dövlətin olmasını istəmirdi. Bura keçmiş Çar Rusiyasının ərazisi kimi yanaşırdı. Bölünməz Rusiya ideyası ilə çıxış edirdilər. Çalışırdılar ki, Azərbaycanın sərvətinə və neftinə sahib olsunlar. Əvvəl ermənilərin, sonradan özlərinə uyğun bolşeviklərin əli ilə bunu həyata keçirməyə başladılar”.

Tarixçi alim Azərbaycan xalqının rus işğalını müqavimətlə qarşıladığını da qeyd etdi: "Azsaylı ordumuz 60-70 minlik XI Qırmızı Ordu hissələrinə qarşı mübarizə aparmaq gücündə deyildi. Amma XI Qırmızı Ordu sərhədimizə daxil olanda 1500-ə yaxın silahlı qüvvələrimiz onlarla döyüşdülər. O döyüşlərdə onların çoxu həlak oldu. Bu haqda da heç nə yazılmır. Deyirlər ki, guya Qırmızı Ordunu əhval-ruhiyyə ilə qarşılamışıq. Hətta bununla bağlı ”20 Yanvar" metro stansiyasının yaxınlığında heykəl də ucaltmışdılar. Qətiyyən belə deyil. XI Qırmızı Orduya qarşı döyüşlər gedib. Nə qədər insan bu döyüşlərdə həlak olub. Sadəcə olaraq, erməni faktoru burada mühüm rol oynayıb. Ermənilər daim satqın mövqedə olublar. Bolşevik Rusiyasının Qafqazda vassalları kimi çıxış ediblər. Həmin vaxt onlar rus bolşevikləri ilə əlaqəyə girərək, Qarabağda qiyam qaldırdılar. Biz də məcbur olub, ordu hissələrimizi Qarabağa apardıq. Nəticədə Xaçmaz, Yalama tərəfdən sərhədlərimiz boş qaldı. Azərbaycanlı bolşeviklər də o dövrdə xəyanət yolunu seçdilər. Onlar düşünürdülər ki, sovet rejiminin qurulması ilə xalqımız xoşbəxt olacaq. Səbəblərdən biri də həmin vaxt Bakıda olan türk zabitlərinin ruslarla danışıqlara getməsi olub. Bolşeviklər onları aldatdılar ki, Türkiyəyə köməyə gedirik, amma Xalq Cümhuriyyəti buna imkan vermir. Türk zabitləri hökumətdən tələb etdilər ki, imkan verin XI Qırmızı Ordu buradan Türkiyəyə getsin. İki gün eyni vaxtda Bakıda türk və bolşevik bayraqları yanaşı gəzdi. Bununla əhalini çaşdırdılar ki, guya bura girən rus bolşevikləri yox, türk zabitləridir. Sonradan bolşeviklər həmin türklərə qadağan etdilər ki, burada türk bayrağı gəzdirmək, türk adından çağırış etmək qadağandır. Həmin türk zabitlərinin hətta bəziləri aradan götürüldü, bəziləri də ölkədən getdilər. Sonradan Türkiyədə keçirilən istiqlal məhkəməsində həmin türk zabitlərindən olan Xəlil Paşanın qohumu Tələt Paşa bildirdi ki, biz həmin vaxt düzgün mövqe tutmadıq, bu da Azərbaycan hökumətinin devrilməsinə imkan yaratdı. Cümhuriyyətə verilən 12 saatlıq ultimatumdan sonra hakimiyyət bolşeviklərə 6 şərtlə təhvil verilirdi. Bu şərtlərə bolşeviklər əməl etsəydilər, bu cür qəddar rejim yaranmazdı. Həmin şərtlər bunlardır: Azərbaycanda heç bir siyasi partiya fəaliyyətinə görə təqib edilməyəcək, siyasilərə qarşı təqib olmayacaq, bu şərtlər altında Azərbaycanın müstəqilliyi müəyyən dərəcədə qorunur. Amma təəssüflər olsun ki, şərtlərə əməl olunmadı, Azərbaycan işğal altında qaldı. Birpartiyalı amansız rejim yaradıldı. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Cümhuriyyət qurucularına qarşı amansız qisasçılığa başladılar. 150-yə qədər silahlı üsyan baş verdi. Bu mübarizədə minlərlə insan həlak oldu".

Cümhuriyyətimizlə bağlı gündəmə gələn bəzi tarixlərin fonunda daim bir məsələ də aktuallaşır. Bu, 1918-ci il mayın 28-də yaranan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə təhvil verməsidir. Mayın 29-da əzəli torpağımız olan İrəvanın ermənilərə 99 il müddətində icarə əsasında verildiyi deyilir. Bunu nəzərə alsaq, bir il sonra həmin müddət bitir. Azərbaycan hökumətinin bununla bağlı atmalı olduğu addımlar maraq doğurur.

Hazırda düşmən ölkənin paytaxtı olan tarixi ərazimizi geri qaytarmaq mümkündürmü?

Tarixçi alim Dilavər Əzimli İrəvanın 99 il müddətində icarə əsasında ermənilərə verildiyi barədə bir fakta rast gəlmədiyini bildirdi: "Heç bir protokolda, tarixi sənəddə bununla bağlı fakt yoxdur. İrəvanın verilməsi həmin dövrdəki situasiya ilə bağlı idi. Amma orada şərtlər var. Bu şərtlər daxilində məsələ həllini tapmalı idi. Amma ermənilər buna əməl etmədilər. Bu mənada Azərbaycanın hüquqi var ki, İrəvanı qaytarsın. Hesab edirəm ki, qaytaracaq da. Həmin vaxt İrəvan quberniya kimi Rusiyanın tərkibində idi. Bu gün bu günə baxıb, həmin tarixi belə də düşünmək ədalətsizlik olar. Tarixə həmin gündən yanaşmaq lazımdır. İrəvanın verilməsinə hamımız üzülürük, amma nəzərə alaq ki, bu olmasaydı, bu günkü Azərbaycan dünya xəritəsində olmayacaqdı. Fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə həmin dövrü araşdıranlara müraciət edirəm, bu günə baxıb, məsələyə bu prizmadan yanaşmasınlar. Hələ də düşmənin yazdığı tarixin təsirindəyik”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!