Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 6-12-2016, 17:44
QHT Şurası niyə hədəfdədir?

Fazil Mustafa

“Bir müddət öncə, yazdığım bir statusda ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsini son illərin ən cidddi diplomatik uğurlarından biri kimi qeyd etmişdim. 2006-2010-cu illərdə məhz bu Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olduğuma və oradakı prosedurun mürəkkəbliyini bildiyimə görə, Azay Quliyevin bu uğurunun nə qədər çətinliklə və gərgin çalışmalarla qazanıldığını xüsusi olaraq vurğulamışdım. Düşünürəm ki, acınacaqlı qaçqın həyatı yaşamış, öz qabiliyyəti ilə ictimai-siyasi sferada qarşısına çıxan bütün maneələri aşmış bir Azərbaycan övladının ilk dəfə belə bir mötəbər mövqeyə qalxması Azərbaycanı sevən insanlar üçün gerçəkdən sevindirici bir fakt sayılmalıdır”.

Butov.az-ın məlumatına görə, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında yazıb. Deputat QHT Şurasını hədəf seçən KİV-ləri tənqid edib: “Bunun ardınca dönüb mediamızda olan bir sıra reketçi jurnalistin ayrı-ayrı internet saytlarında həm Azay Quliyevi, həm də QHT-lərə Dəstək Şurasını "ifşa etmək" kampaniyasını hələ də davam etdirməsini görəndə bir daha düşünməli olursan ki, bizim cəmiyyətdə önə çıxmaq, ölkə üçün, millət üçün faydalı olmaq həm də bədxah xislətli bir çox insanın hədəfinə tuş gəlmək deməkdir”.

Millət vəkilinin fikrincə, təbii ki, hər bir qurumun və ona başçılıq edən şəxslərin fəaliyyətinin tənqidə açıq məqamları olur və QHT-lərə Dövlət Dəstəyi Şurasını qərəzsiz tənqid edənlərin, fəaliyyətindən narazı olanların da müəyyən haqlı arqumentləri var: “Lakin ictimai-siyasi həyatda olduğum uzun illər ərzində obyektiv tənqidlə qərəzli və sifarişli kampaniyaçılığı bir-birindən ayırmağı az-çox bacardığıma görə, bu proseslərin də hansı məqsədlərlə gerçəkləşdiyini yazı mətnlərinin məzmunundan sezmək mümkün olur.
QHT Şurası niyə hədəfdədir?

Müşahidəmiz onu göstərir ki, Şura başqa bir çox dövlət qurumları ilə müqayisədə daha şəffaf, açıq fəaliyyət göstərir, məhsuldar işi və çevikliyi ilə seçilir, milli və dövlət maraqlarına uyğun əksər QHT-lər üçün əlçatandır, hesabatlılığı var. O halda axı niyə bu gün fəaliyyətləri o qədər də şəffaf və ictimaiyyətə açıq olmayan, milyonlarla vəsaiti necə, hara və hansı meyarlarla xərclədikləri bilinməyən digər yerli və xarici donor qurumlar haqqında demək olar ki, heç nə yazılmır? Onlara qarşı hər hansı bir kampaniyanın və ya sifarişli yazının nadir hallarda şahidi oluruq? Bəlkə bu qurumlar Şuradan daha şəffaf və hesabatlıdırlar, ədalətli və obyektiv qərarlar qəbul edirlər, hamı bir nəfər kimi onlardan razıdır və ya onların fəaliyyətində qüsur tampaq çətindir? Əlbəttə belə deyil.
Məncə ictimai-siyasi prosesləri, o cümlədən Şuranın və digər donorların fəaliyyətini yaxından izləyən hər kəsə bu sualların cavabı bəllidir.

Müşahidələrim onu göstərir ki, Şura ölkədə fəaliyyət göstərən donorların içərisində ən şəffaf, aşkar və hesabatlı qurumdur. İldə bir neçə dəfə Şura öz fəaliyyəti haqqında ictimaiyyət qarşısında yazılı və şifahi hesabat verir, icra olunan layihələrin hər biri haqqında müfəssəl məlumatı özündə əks etdirən kitab çap etdirir və onu internet səhifəsində yerləşdirir. Hər kəs icra olunan layihələr və görülən işlər haqqında istədiyi məlumatı əldə edə bilər.



Şura hər il müsabiqə mövzularını elan etməmişdən öncə onu ictimai müzakirəyə təqdim edir və QHT-lərin rəyini nəzərə almaqla maliyyələşdirəcəyi istiqmətləri müəyyənləşdirir. Yəni ictimai rəyə ciddi əhəmiyyət verir”.

Şura hər bir layihənin obyektiv qiymətləndirilməsi üçün lazımi addımları atır, hər layihənin topladığı balı mətbuata açıqlayır və Şuranın qərarından narazı olan QHT-lər üçün appelyasiya imkanı yaradır: “İnternet ehtiyatlarında yer alan xəbərlərə istinad edərsək görərik ki, təkcə bu il 70 QHT-nin müraciəti mətbuatın iştirakı ilə Şuranin Appelyasiya Komissiyasında baxılmış və 16 QHT-nin şikayəti əsaslı hesab edilərək onların maliyyələşdirilməsi haqqında qərar qəbul edilmişdir. Hələ indiyə kimi Azərbaycanda heç bir donor qəbul etdiyi qərarın hamının gözü qarşısında mübahisələndirilməsinə şərait yaratmayıb. Bunu isə yalnız öz şəffaflığına güvənən qurumlar edə bilər.

Digər tərəfdən Şura QHT-lərdən daxil olan layihə təkliflərinin, o cümlədən maliyyə və təsviri hesabatlarının qəbulunda “canlı təması” sıfıra endirib və bütün bu xidmətləri ciddi nizam-intizamı gözləməklə elektron qaydada həyata keçirdir. Bu isə QHT-lərin rahatlığı və mümkün neqativ halların qarşısını almaq üçün xüsusi əhəmiyyətə malikdir”.

Bir mühüm faktı da qeyd edək ki, Şura dövlət büdcəsindən ayrılan vəsaitə qənaətlə yanaşır və bu vəsaitdən QHT sektorunun səmərəli faydalanmasına çalışır. Təsadüfi deyil ki, bu məntiqdən çıxış edən Şura 2015-ci ildə qənaət etdiyi 347 min manatı büdcəyə qaytardı. Gəlin razılaşaq ki, büdcədən maliyyələşən hər hansı bir digər donor qurumu könüllü olaraq büdcəyə bu qədər vəsaiti qaytarmayıb. Bəzi qurumların yaxşı mənada təəccübünə səbəb olan Şuranın bu addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Şura mümkün problemləri vaxtında aşkarlamaq və göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə şikayət və təkliflərin operativ araşdırılması üçün “qaynar xətt” xidmətini təşkil edib. Bu imkan verir ki, hər hansı bir neqativ hal haqqında rəhbərliyə qısa müddət ərzində məlumat verilsin və onun qarşısını almaq üçün təsirli tədbirlər görülsün.

Şura cəmiyyətin həssas və köməyə daha çox ehtiyacı olan təbəqələrinə-şəhid ailəsi, müharibə veteranı və əlili, qaçqın və məcburi köçkün və bir sözlə müharibədən əziyyət çəkmiş hər kəsə xüsusi diqqət yetirir və bunu fəaliyytənin prioritet istiqaməti hesab edir.

Nəhayət, bütün bu kimi yuxarıda sadaladığım arqumentlərdən sonra, bir daha qayıdıram əvvəlki suala: niyə bu qədər şəffaf, obyektiv və effektiv fəaliyyət göstərən Şuranı hər dəfə məqsədyönlü şəkildə hədəf seçirlər? Niyə digər donorlar haqqında yox, məhz Şura haqqında bu qədər süni ajiotaj və səs-küy qaldırılır? Niyə səhv etdikləri və yalan yazdıqları üçün üzr istədikləri “fakt”ları təkrarən və bir azda fərqli rakursdan təqdim edərək Şuranın və onun sədri Azay Qulıyevin əleyhinə kampaniya davam etdirilir? Bunun səbəbi və motivi nədir? Göründüyü kimi suallar çoxdur. Səbəblərdən biri kimi əlbəttə burada reketçilikdən doğan maddi marağın və Şuradan nəyisə “qopartmaq” istəyinin olması aşkardır. Ancaq açığını deyim ki, bu kampaniyanın sistemli aparılmasının motivləri sırasında şəxsən mənə ən ağır gələni Azay Quliyevin millət vəkili kimi ictimai- siyasi sferada aktivliyinə, ATƏT PA-da yüksək vəzifə tutmasına qisqanc münasibətin olmasıdır ki, bu da ənənəvi yanlışlarımızın davamı kimi çox üzücü bir durumdur. Yəni haradasa beynəlxalq məkanda irəliyə bir Azərbaycan övladı çıxırsa, onun daha da yüksək mövqeyə çıxaraq ölkəmizə fayda verməsini dəstəkləmək əvəzinə, ona necə mane olmaq istiqamətində addımlar atılmasının hansı yanlış düşüncədən qaynaqlandığını sezməmək mümkün deyil.

Məlumdur ki, hazırda QHT-lərə Dövlət Dəstəyi üçün büdcədən vəsait ayırmalarının həcminin xeyli azaldılması tendensiyası müşahidə olunur. Fikrimcə, bu sahədə təhlillər aparan, bəzən də qaralama kampaniyasında iştirakçıya çevrilən qələm sahibləri daha çox bizim QHT-lərin təqdim etdiyi layihələrə xarici donorların qrant ayırma mexanizminin yenidən bərpa olunması və Dövlət Dəstəyi ilə yanaşı digər donorların da bu prosesə qatılmasının vacibliyini arqumentləşdirərək təqdim etməklə daha faydalı iş görmüş olarlar. Çünki bizim xarici donorların qrant layihəsindən qanunvericilikdə qoyulan sədlər vasitəsilə imtina etməyimizdən qazanan əsasən Gürcüstan və Ermənistan QHT-ləridir və dövlət orqanlarımızın müəyyən nəzarət mexanizmlərini işlədərək Azərbaycanda vətəndaş cəmiyyətinin dirçəldilməsi üçün xeyli faydalı layihələri gerçəkləşdirmək bu səbəbdən mümkün olmur. Xarici donorlardan qrantların alınması istiqamətində qanunların tələblərinin yumşaldılması istiqamətində təkliflərin verilməsi də yerində görülən bir iş olardı və bizlər də qanunların yenidən müzakirə olunması təşəbbüsü ilə çıxış etmək üçün daha dəqiq arqumentləşdirmə imkanı əldə edərdik”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!