Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-01-2014, 16:37





Faiq Ələkbərov (Qəzənfəroğlu)
Hazırda bəzi yerli müəllfilər milli ideologiya ilə bağlı, «türkçülük» və «azərbaycançılığ»ın fərqli və oxşar tərəflərindən bəhs edərkən Azərbaycan Cümhuriyyəti dövründəki ideyalara müraciət etdikləri halda, bu mənada SSRİ dövründə baş verənlərə heç də «isti» yanaşmırlar. Bu o demək deyil ki, onlar 71 illik Sovet Azərbaycanını danırlar. Əsla. Sadəcə olaraq, onlar «azərbaycançılığ»ın tarixi-nəzəri köklərini Cümhuriyyət dövründə və ondan əvvəllərdə axtarsalar da, əslində bir çox hallarda Sovet Azərbaycanı dövründəki ideyalardan (Azərbaycan dili, Azərbaycan milləti və s.) yararlanırlar. Ancaq nədənsə bu məsələnin üzərində dərindən dayanmırlar.

Bu baxımdan hesab edirik ki, «azərbacyançılığ»ın tarixi-nəzəri kökləri cəmiyyətə düzgün izah olunmalı və onun türkçülük cərəyanı ilə oxşar və fərqli tərəfləri göstərilməlidir. Çünki «milli-türk Azərbaycan»ı türkçülük­dən ayırmaq, uzaqlaşdırmaq üçün «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycanı» ideyasını yaradan birmənalı şəkildə sovet ideoloqları olmuşdur. Deməli, Azərbaycan müstəqilliyini bərpa edənə qədər iki növ: 1) milli azərbaycançılıq - Azərbaycan türkçülüyü; 2) sovet azərbaycançılıqı - Azərbaycan beynəlmiləlçiliyi olmuşdu. Bizə elə gəlir ki, milli ideya ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq üçün, bu anlayışların mahiyyətinə nəzər salmaq vacibdir.

Öncə, burada aydınlıq gətirmək lazımdır ki, islamçılıq, türkçülük və qərbçiliyə əsaslanan Azərbaycan türkçülüyü ideyası (milli azərbaycançılıq) bütün bunlarla yanaşı, konkret hansı prinsipləri hədəfləmiş və onlardan bir addım da olsun geri çəkilmək istəməmişdir. Fikrimizcə, bu mənada Azərbaycan türkçülüyü ideyasının - milli azərbaycançılıqın məzmun və mahiyyətinə aşağıdakı prinsiplər daxildir:

1.Ölkənin hər hansı quruluşla (demokratik, sosializm və b.) idarə olunmasından asılı olmayaraq müstəqilliyinin vacibliyi;

2. Azərbaycan adının hər hansı formada qorunub saxlanılması;

3. Müstəqil Azərbaycan dövlətində türk millətinin hakimiyyətdə, dövlət orqanlarında əsas ünsür kimi təmsil olunması;

4. Müstəqil Azərbaycanda türk dilinin rəsmi dövlət dili olması;

5. Müstəqil Azərbaycanda türk mədəniyyətinə (türk ədəbiyyatı, türk tarixi, türk fəlsəfəsi və s.) əsaslanmaq və onu inkişaf etdirmək;

6. Müstəqil Azərbaycanın dünyəvi dövlət olması ilə yanaşı, əhalinin əksəriyyəti müsəlman olan bir ölkədə islama və onun əsas kitabı olan Qurana hörmətlə yanaşılması.

Göründüyü kimi, burada Azərbaycan türkçülüyünün əsas qayələri olan müstəqil Azərbaycan, türk höküməti, türk dili, türk mədəniyyəti və islam inancı dəyişilməzdir. Bu mənada hesab etmək olar ki, Azərbaycan türkçülüyü ideyasının yaşaması üçün Cümhuriyyət dövründəki milli-demokratizm kimi, Sovet dönəmindəki sosial-demokratizmi də ona zidd hesab etməmək olar. Yəni burada iki önəmli məsələ: 1) Azərbaycan türkçülüyü ideyası ilə; 2) Dövlətin siyasi quruluşu bir-birindən fərqləndirilməlidir. Bu isə o deməkdir ki, Azərbaycan türkçülüyü ideyası istənilən siyasi quruluşda (sosialist, milli-demokratik və b.) mövcud ola və inkişaf etdirilə bilərdi. Çünki millətin ideoloqlarının nəzərində Azərbaycan türkçülüyü əsas ideal olduğu halda, cəmiyyətin siyasi quruluşu həmin idealın gerçəkləşməsi yolunda bir vasitədir.

Məsələn, Azərbaycan türkçülüyünün reallaşmasını «ittihadçılıq»da, sosial-demokratizmdə, liberal-demokratizmdə, milli-demokratizm­də və başqa ideyalarda da görənlər olmuşdur. Ancaq bunlardan hansının Azərbaycan türkçülüyünə yaxın və real olması isə zamanla sübut olunmalı idi. Bu baxımdan Azərbaycan Cümhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin milli öndərliyi ilə, cəmiyyətin siyasi quruluşunda milli-demokratizm əsas götürülmüş və bu mənada Azərbaycan türkçülüyü ideyasına zidd olan heç bir addım atılmamışdır. Əksinə, cəmiyyətin siyasi quruluşu ilə Azərbaycan türkçülüyü arasında mükəmməl bir uzlaşma yaranmışdır. Bu uzlaşma ilə barəbər demək olar ki, bu dönəmdə Azərbaycan türkçülüyü ideyası cəmiyyətin siyasi quruluşunun fövqündə dayanmışdır.

Çox təəssüflər olsun ki, eyni sözləri Sovet Azərbaycan dövründəki siyasi quruluşla Azərbaycan türkçülüyü arasındakı münasibətlərə aid edə bilmirik. Doğrudur, Sovet Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra, onun yerinə hakimiyyətə gələnlərdən bir qismi başda Nəriman Nərimanov olmaqla, Azərbaycan türkçülüyü ideyasına sadiq qalmağa çalışıblar. Xüsusilə, Nərimanovun Azərbaycan Sovet Cümhuriyyətində türk hökuməti, türk dili, türk mədəniyyəti və s. uğrunda mübarizəsini heç cürə inkar edə bilmərik. Bu o deməkdir ki, Nərimanov sosalist quruluşda bacardığı qədər Azərbaycanın türksüzləşdirilməsinə qarşı mübarizə aparmış, hətta özünün dediyi kimi, beynəlmiləlçi olduğu halda «millətçi»yə çevrilmişdir.

Ancaq Cümhuriyyət dövründən fərqli olaraq Sovetlər dönəmində milli azərbaycançılıq - Azərbaycan türkçülüyü ideyasını axıra qədər qoruyub saxlamaq mümkün olmadı. Bizə elə gəlir ki, milli şüuru zədələyən əsas işlərin təməli də əsasən, bu dövrdə qoyuldu. Belə ki, sovet ideoloqları üçün milli azərbaycançılıq qəbul edilməz bir ideologiya idi və ona qarşı alternativ ideyanın yaranması lazım idi. Belə bir ideya isə tezliklə yarana bilməzdi. Bu baxımdan Sovet dövründə mili azərbaycançılığa qarşı qoyulmuş «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycan» ideyası tədricən meydana çıxdı və iki mərhələdən: 1) 1920-1936-cı illər; və 2) 1937-1991-ci illərdən keçməli oldu.

Beynəlmiləl-mərkəzçi Sovet Azərbaycanı ideyasının müəllifləri ilk mərhələdə milli azərbaycançılığa qarşı qəti şəkildə çıxa bilmədikləri üçün, sadəcə onu sübut etməyə çalışırdılar ki (bu gün bəzilərinin də iddia etdiyi kimi), Azərbaycan türkçülüyü osmançılıqdan və yaxud da Türkiyə türkçülüyündən fərqli xüsusiyyətlərə malikdir. Başqa sözlə, bu dövrdə bir çox sovet müəllifləri Azərbaycan türkçülüyü ilə Türkiyə türkçülüyü arasındakı ziddiyyətlərdən, fərqlərdən və s. bəhs edir, ancaq çox dərinə gedə bilmirdilər. Şübhəsiz, onların bütövlükdə türkçülüyə qarşı çıxmalarında başlıca əngəl türkçülüyü rəsmi olaraq (türk dili, türk milləti və s. kimi) Azərbaycan Cümhuriyyəti kimi Azərbaycan Şuralar Cümhuriyyətinin də qəbul etməsi idi. Bu baxımdan 1920-1930-cu illərdə sovet ideoloqları və onların Azərbaycandakı məsləkdaşları milli (türk) Azərbaycan ideyasının tərəfdarlarını (H.Cavid, Ə.Cavad, B.Çobanzadə və b.) türkçlükdən daha çox osmançılıqda, osmanlı şivəsini və ədəbiyyatını Azərbaycanda təbliğ etmək­də, eyni zamanda pantürkizmdə (türkiyəçilikdə), panislamizmdə (islamçılıqda) və s. ittiham edə bilirdilər.

Bununla da, sovet ideoloqları, o cümlədən bəzi yerli ziyalılar Azərbaycan türklüyünün Türki­yə türklüyündən ayrı mövcud olması, guya «osmanlı türkçülüyü» ideyasının Azərbaycan xalqına zərərli olması fikirinin rəsmi şəkildə təbliğatına başlamışlar. Deməli, bu dövrdə sovet ideoloqları ən yaxşı halda panütkrizm və panislamizm adları altında osmanlı türkçülüyünə, Türkiyəyə qarşı çıxır, ancaq Azərbaycan türkçülüyünə isə, hələlik toxuna bilmirdilər. Şübhəsiz, həmin dövrdə sovet ideoloqlarını qarşısında ən ciddi əngəl hər iki Cümhuriyyətin millətinin və dilinin türk adı daşıması, bir sözlə, müxtəlif siyasi qurluşlarda və dövlətlərdə yaşamasına baxmayaraq, vahid türklüyü ifadə etmələri idi. Bu baxımdan ilk mərhələdə, sovet ideoloqları Azərbaycan və Türkiyə türkçülüyü qəbul etdikləri halda, nədən Türkiyə türkçülüyünün Azərbaycan türkçülüyünə zidd olması fikrini ciddi şəkildə əsaslandıra bilmirdilər.

Xüsusilə, 1923-cü ildə Osmanlı İmperiyasının yerində Türkiyə Cümhuriyyətinin qurulması, dilinin və millətinin adının türk kimi ifadə olunması, SSRİ imperiyası və onun ideoloqları üçün Azərbaycanı Türkiyədən ayırmağı daha da zorlaşdırmışdı. Bu baxımdan SSRİ-nin başçıları və ideoloqları Azərbaycan və Türkiyə türklərini bir-birindən ayırmaq üçün, ilk olaraq Azərbaycanın ərəb əlifbasından latın əlifbasına keçməsi məsələsini ortaya atdılar. Ancaq çox keçmədən, Türkiyənin də oxşar addım atması, artıq sovet ideooloqlarını Azərbaycan türkçülüyü üzərinə qəti hücuma keçməyə vadar etdi. Belə ki, rəsmi şəkildə SSRİ imperiyasının tərkibinə qatılmğa məcbur edilmiş Azərbaycanın öncə (1937) dilinin və millətinin adından «türk» anlayışı çıxarıldı, daha sonra (1940) latın əlifbası kiril əlifbası ilə əvəz edildi.

Beləliklə, SSRİ rəhbərlərinin və ideoloqlarının apardığı siyasət nəticəsində ilk mərhələdən fərqli olaraq, ikinci mərhələdə (1937-1991) Azərbaycanda türklüyü rəsimi şəkildə ifadə edən, demək olar ki, heç bir nişanə qalmadı. Sovet ideoloqları bütün bunlarla kifayətlənməyərək, bu günə qədər də öz aktuallığını itirməyən bir addım atmışlar; Azərbaycan türkçülüyünə, yəni milli azərbaycançılıq ideyasına qarşı «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycanı» ideyasını irəli sürmüşlər. Başqa sözlə, sovet ideoloqları «milli (türk) və müstəqil Azərbaycan» ideyasını ifadə edən türk milləti, türk dili və s. anlayışlarına rəsmi qadağa qoymuş, onların əvəzinə «Azərbaycan dili», «Azərbaycan millətiı» (etnik mənada), «azərbaycanlı» (etnik mənada) və s. kimi məfhumları ortaya atmışlar. Eyni zamanda, sovet ideoloqları «sovet (beynəlmiləl) və müstəmləkə» anlamında «azərbaycançılıq»ı əsaslandırmaq üçün tarix, ədəbiyyat, dil və s. sahələrdə Azərbaycan türklərinin milli mənəvi dəyərlərini də saxtalaşdırmağa başlamışdılar.

Bu prosesə 1930-cu illərin sonlarından ciddi şəkildə başlayan sovet ideoloqlarını narahat edən Azərbaycan türklərinin Türkiyə türklərinin şivəsini, ədəbiyyatını, mədəniyyətini və s. öyrənməklə, guya müstəqil Azərbaycan xalqının, dilinin, ədəbiyyatının və s. aradan qalxması məsələsi olmamışdır. SSRİ ideoloqlarını narahat edən əsas məsələ eyni soykökü, dili, dini, mədəniyyəti, ədəbiyyatı və s. bölüşən Türkiyə və Azərbaycan türklərinin ortaq dil, ortaq ədəbiyyat, ortaq əlifba və b. məsələlərdə daha da yaxınlaşması ilə Azərbaycanın SSRİ-Rusiya imperiyasının əlindən çıxması idi. Ona görə də, sovet ideoloqları Azərbaycan türk milləti, türk dili, türk ədəbiyyatı, türk tarixinə qarşı, indi «azərbaycan­çılığ»ın əsas prinsiplərini təşkil edən, bir çox insanlar üçün mənası tam şəkildə məlum olmayan «Azərbaycan dili»ni, «Azərbaycan milləti»ni (azərbaycanlı), Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və s. qoydular. Beləliklə, dünənki türk azərbaycanlıya (türk olmayan azərbaycanlıya), türk dili azərbaycan dilinə, türk teatrı Azərbaycan teatrına, türk ədəbiyyatı Azərbaycan ədəbiyyatına və s. çevrildi.

SSRİ ideoloqları sübut etməyə çalışırdılar ki, Azərbaycanda yaşayan və əhalinin böyük əksəriyyətini təşkil edən xalq etnik mənşəcə türk deyil, sadəcə olaraq türklərin assmilyasiyası nəticəsində türk dillərindən birində danışan farsdili, yaxud da qafqazdilli etnosların törəmələridir. Beləliklə, bu mərhələdə sovet ideoloqları yalnız Türkiyə türkçülüyü­nə deyil, Azərbaycan türkçülüyü­nə-Türk Azərbaycanı ideyasına qarşı da daxili müharibə elan etmiş, bu məqsədlə on minlərlə Azərbaycan türkləri repressiya olunmuşdur. Bir sözlə, sovet ideoloqları Azərbaycanı, Azərbaycan xalqını bütün türkçülüyə və islamçılığa - Türkiyə türkçülüyünə, Türkiyə Cümhuriy­yətinə, Azərbaycan türkçülüyünə, Azərbaycan Cümhuriyyətinə və s. qarşı qoymuş oldular.

Bizə elə gəlir ki, sovet dövründə, xüsusilə 1936-cı ildən sonra Azərbaycan milli ideyası - Azərbaycan türkçülüyü birmənalı şəkildə Azərbaycan sovet müstəmləkəçiliyi, bir növ kosmopolit Azərbaycan ideyası ilə əvəz olundu. Türk dilinin «Azərbaycan dili»nə çevrilməsi də, məhz Azərbaycan sovet müstəmləkəçiliyi ideyasının möhkəmləndirilməsinin və yaşadılmasının tərkib hissəsi idi. Əslində, 1936-cı ildən sonra Azərbaycan Cümhuriyyətinə aid milli nə varsa, demək olar ki, hamısından imtina olunmuşdu. Əvəzində Azərbaycan sovet müstəmələkəçiliyinə uyğun olaraq, kosmopolit və mücərrəd «azərbaycançılıq» ideyası ortaya atılmışdı. Bununla da milli azərbaycançılıqla sovet azərbay­cançılığı üz-üzə qoyulmuşdu.

Göründüyü kimi, bütün dünya türklərinin, o cümlədən Azərbaycan türklərinin vahid ideya, konsepsiya ətrafında birləşə bilməməsi üçün antitürk, antiazərbaycan qüvvələri artıq bir neçə əsrdir ki, ona alternativ qeyri-milli ideyalar irəli sürmüşlər. Ən sonuncu halda isə, sovet ideoloqları türkçülükdən yaranan «milli-türk Azərbaycan»a (milli azərbaycançılığa) qarşı, «sovet müstəmləkəçiliyi Azərbaycanı» (sovet azərbaycançılığı) ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd iki: milli Azərbaycan və sovet Azərbaycanı ideyaları meydana çıxmışdır. Əgər birincisi türkçülüyün doğurduğu «milli (türk) Azərbaycan» olduğu halda, ikincisi rus müstəmləkəçiliyinin yaratdığı «sovet (kosmopolit) Azərbaycanı»dır. Əgər milli Azərbaycanda millətin və dilin, mədəniyyətin və ədəbiyyatın adı türkdürsə, sovet Azərbaycanında millətin və dilin, mədəniyyətin və ədəbiyyatın adı etnik kimlik və milli dilə nəzərən, indiyə qədər də tam şəkildə aydınlaşmayan «Azərbaycan»dır. Əgər birinci Azərbaycan türklərinin təbii istəyi ilə yaranmış və Azərbaycan Cümhuriyyəti adlanmışdırsa, ikinci Azərbaycan SSRİ rəhbərlərinin və ideoloqlarının maraqlarına uyğun yaranmış və zorla Azərbaycan SSR adlandırılmışdır.

Hər halda, görünən odur ki, XX əsrin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycan türkləri yalnız ruslaşdırma, farslaşdırma, ifrat avropalaşdırma ideyalarının ideoloqları ilə yanaşı, eyni zamanda türkçülüyü yad ünsür kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar.


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!