Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 31-07-2017, 14:17
MEK - in Akademiklər zalında diplomatik guşə yaradılıb



Butov.az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Ə. Farsi İran Səfirliyi adından Mərkəzi Elmi Kitabxanaya 250 adda müxtəlif səpkili kitab hədiyyə edib.


Qonağı Mərkəzi Elmi Kitabxananın Akademiklər zalında qarşılayan MEK direktoru Leyla İmanova Mədəniyyət Mərkəzinin sədri Ə. Farsinin gəlişindən məmnunluğunu ifadə edib. O, bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib. Ə. Farsiyə və İranın Azərbaycandakı Səfirliyinə təşəbbüsə görə minnətdarlığını bildirən MEK direktoru müəssisələr arasında bu kimi münasibətlərin, ədəbiyyat mübadilələrinin davamlı olacağına ümid etdiyini bildirib. Direktor əlavə edib ki, hədiyyə olunan kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcək.

MEK - in Akademiklər zalında diplomatik guşə yaradılıb


İran Mədəniyyət Mərkəzinin sədri Əhməd Farsi də öz növbəsində səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və ölkələr arasında əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələrimizin tarixi bir-birilə çox əlaqəlidir və Azərbaycan tarixini əks etdirən farsdilli və ərəbdilli mənbələrin bir çoxu İran kitabxanalarındadır: “İstərdik ki, bu qaynaqlar Azərbaycanın elm adamları, tədqiqatçıları üçün əlçatan olsun”. Ə. Farsi ölkələrarası mədəni-elmi mübadilələrin davamlılığı məqsədilə İran Mədəniyyət Mərkəzinin hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlığa hazır olduğunu və əlaqələrin daha yüksək səviyyədə təşkili üçün çalışacaqlarını deyib.

Sonda İran Mədəniyyət Mərkəzinin MEK-ə hədiyyə etdiyi kitablar qonaqların iştirakı ilə kitabxananın Akademiklər zalındakı diplomatik guşədə İran Səfirliyi üçün ayrılmış bölməyə yerləşdirilib və xatirə fotosu çəkilib.

Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!