Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                        Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO .....                        Arif Babayevin vəziyyəti ağır olaraq qalır .....                        Yunanıstanda meşə yanğınları davam edir .....                        Rusiyada “görünməz” dron .....                        Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar .....                       
Tarix : 17-03-2017, 19:23
Məhəmməd Cavad Zərif: Azərbaycan ilə İran arasında dərin mədəni və tarixi bağlılıq var

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, dövlət başçıları arasında səfər mübadiləsi, iki ölkənin yüksək rəsmilərinin görüşləri, həmçinin regional və beynəlxalq forumlarda nümayiş etdirilən qarşılıqlı dəstəyin əlaqələrimizi əsaslı şəkildə gücləndirdiyini bildirib.

Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən mövqeyinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran qardaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində hər iki ölkə hökumətlərinin səyləri nəticəsində Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə genişləndiyini qeyd edib.

Məhəmməd Cavad Zərif son illərdə iki ölkə prezidentləri arasında həyata keçirilən 7 səfər mübadiləsinin Azərbaycan və İranın ikitərəfli əlaqələri daha da genişləndirmək üzrə nümayiş etdirdikləri möhkəm iradənin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan və İran arasında dərin mədəni və tarixi bağlılığın mövcud olduğunu qeyd edən iranlı nazir ikitərəfli əlaqələrimizin hər iki xalqın maraqları və regionda davamlı sülhün yaradılması baxımından bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!