Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 12-06-2017, 18:33
MEK FONDLARINDAKI ƏRƏBDİLLİ VƏ FARSDİLLİ  MƏNBƏLƏRİ TƏQDİM ETDİ

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Şərq fondundakı ərəb və fars dillərində mövcud olan ədəbiyyatların təqdimatını keçirdi.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini bildirdi. L. İmanova qeyd etdi ki, müasir dünyada kitabxanaları bir-birindən fərqləndirən ancaq oxucuların və fondlarda mühafizə olunan sənədlərin sayı deyil, kitabxananın təqdim etdiyi xidmətlərin özəllikləri, mühafizə olunan sənədlərin dəyəridir. “MEK saxlanclarında mühafizə olunan hər bir sənədə dəyər verir və dünya təcrübəsində ənənə halını almış təqdimatlara öz naxışını, dəst-xəttini gətirib” deyə direktor qeyd edib. Onun sözlərinə görə, MEK-in son bir ildə keçirdiyi təqdimatların özəlliyi həm kolleksiyaları, həm müəyyən meyarlar üzrə seçilmiş mənbələri təqdim etməsi, eyni zamanda MEK-in əməkdaşları tərəfindən kitabxana fondlarında mühafizə olunan ədəbiyyatların hamısının lay-lay, fondlar və dillər üzrə oxucu və istifadəçilərin diqqətinə çatdırmasıdır. Şərq ədəbiyyatı fondu haqqında məlumat verən L. İmanova fondun türk, fars və ərəbcə yazılmış bir çox qaynaqları özündə birləşdirdiyini dedi. Akademiyanın 15 təsisçisi olan görkəmli alimlərin büstlərindən ibarət qalereyanın tanıtım lövhələrini Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi tərəfindən ərəb dilinə, Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohammad Taqi Xalili cənabları tərəfindən isə şəxsən fars dilinə tərcümə edildiyini vurğuladı.

Təqdimatçı Fondların mühafizəsi bölməsinin Şərq ədəbiyyatı fondunun əməkdaşı Əbdülrəhim Mürsəlov ərəb dilli ədəbiyyatlar haqqında təqdimatla çıxış etdi. Şərq ədəbiyyatı fondunda dünya şöhrətli orta əsr tarixçi, filosof və şairlərinin 8900 nüsxə ərəb dilli əsərlərinin mühafizə olunduğunu qeyd etdi. Ərəb dilinin qrammatikası, məntiq, şəriət və digər mövzulardakı Əbdülğəni əl-Ərdəbilinin “Nəmuzəc”, Məhəmməd Təqi Təbrizinin “Tənzihul-Ənbiya”, Şeyx Əli Əttarablisinin “Əl-İsaafi Əhkamil Əhqaf”, Əli ibn Muhamməd əl-Corcaninin “Haşiyətun alə Ət-Təsəvvurat və Ət-Təsdiqat”, Yaqub əl-Feruzabadinin “Qamus əl-Muhit” və başqa əsərlər haqqında geniş məlumat verdi.

MEK-in Fondların mühafizəsi bölməsinin Şərq ədəbiyyatı fondunun əməkdaşı Şəhanə Şahbazova fondda fars dilində müxtəlif elm sahələrinə dair 9073 nüsxə kitab, 1753 nüsxə jurnalın saxlanıldığını və mövcud olan ədəbiyyatın əksər hissəsini fars ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri təşkil etdiyini bildirdi. Daha sonra Ş. Şahbazova orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri Müşrifəddin bin Abdulla Sədi Şirazinin “Gülüstan” əsəri, Edvard Braunun “Namehai əz Təbriz” kimi tərcümə əsərlərinin, Səfəvilər dövlətinə dair tarixi faktlar, siyasi məktublar, rəsmi fərmanların yer aldığı bir çox qiymətli ədəbiyyatın mühafizə olunduğunu qeyd etdi. Təqdimatçı müasir şairlərdən Şərq ədəbiyyatı fondunda Mirzadə Eşqi, Əbülqasım Lahutinin əsərlərinin yer aldığını da vurğuladı.

Şərq ədəbiyyat fondunun rəhbəri Aidə Hüseynova Mərkəzi Elmi Kitabxananın 1963-cü ildən Şərq ölkələri ilə Beynəlxalq kitab mübadiləsinə başladığını bildirdi. 1994-cü ildə Misir Ərəb Respublikasından 780 nüsxə, 2002-ci ildə Səudiyyə Ərəbistanı Krallığından 492 nüsxə, 2014-cü ildə Küveyt Dövlətindən 333 nüsxə, 2006-cı ildə İran İslam Respublikasından 615 nüsxə, Türkiyə Cumhuriyyətindən 2011-ci ildə 151

nüsxə, 2012-ci ildə 175 nüsxə, 2014-cü ildə 189 nüsxə bu ölkələrin tarixinə, coğrafiyasına, dil və ədəbiyyatına, dininə, mədəniyyət və incəsənətinə aid çox qiymətli ədəbiyyat alındığını qeyd etdi.

Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova fondda mühafizə olunan 75 216 nüsxə sənədin əməkdaşlar tərəfindən 3500-ə yaxın nüsxəsinin elektron kataloqa salındığını bildirdi. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən kitabxanaya 119 nüsxə kitab, 321 elektron resursun hədiyyə edildiyini, mərkəz tərəfindən hədiyyə edilən sənədlərin Akademiklər zalının diplomatik korpuslar üçün ayrılmış guşəsində nümayiş olunduğunu dedi.

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi kitabxana ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qısa zaman kəsiyində kitabxanada böyük işlər görüldüyünü qeyd etdi. Mərkəzi Elmi Kitabxananın onun üçün doğma məkan olduğunu, ölkəsində Azərbaycana aid çoxlu sayda mənbələrin saxlanıldığını və kitabxananın sorğusu əsasında fondların zənginləşdirilməsi üçün bir çox kitabı təmənnasız təmin edə biləcəyini açıqladı. Ə.S. Elaydi kitabxanaya ərəbdilli mütəxəssislərin cəlb edilməsinin təqdirəlayiq olduğunu dedi.

Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Əhməd Husaini Marvi bundan sonra kitabxana ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdi.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsı İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə, uğurla və sürətlə inkişaf etdiyini və əlaqələrimizin çox möhkəm təməli olduğunu söylədi. Əsrlər boyu xalqlarımızın bir yerdə yaşayıb yaratmasını, həmçinin bizi tarix, mədəniyyət, ortaq keçmiş, dinimizin birləşdirməsini vurğuladı. İki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə hər zaman kitabxana ilə əməkdaşlıq etməyə hazır olduqlarını dedi.

BDU Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov MEK-in təşkil etdiyi təqdimatı, burada saxlanılan kitabların əhəmiyyətini yüksək qiymətləndirdiyini, hər zaman Şərq fondundan faydalandıqlarını açıqlayıb. O, ərəb ölkələri və İranla qarşılıqlı və mütəmadi əməkdaşlıq etdiklərini, bir qrup ziyalı və tələbələrin universitetlərə səfər etdiyini, əməkdaşların ixtisasartırma kurslarına göndərdiklərini və onların Şərq ölkələrində beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiklərini bildirdi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov belə tədbirlərin keçirilməsini vacibliyini və kitabxananın işini aktuallaşdırdığını vurğuladı.

Sonda qonaqlar Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşə ilə tanış oldular, xatirə şəkli çəkdirdilər.
MEK FONDLARINDAKI ƏRƏBDİLLİ VƏ FARSDİLLİ  MƏNBƏLƏRİ TƏQDİM ETDİ
MEK FONDLARINDAKI ƏRƏBDİLLİ VƏ FARSDİLLİ  MƏNBƏLƏRİ TƏQDİM ETDİ
MEK FONDLARINDAKI ƏRƏBDİLLİ VƏ FARSDİLLİ  MƏNBƏLƏRİ TƏQDİM ETDİ
MEK FONDLARINDAKI ƏRƏBDİLLİ VƏ FARSDİLLİ  MƏNBƏLƏRİ TƏQDİM ETDİ


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!