MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq .....                        Makronun xanımının "kişi" olduğunu iddia edənlər həbs olundu .....                        Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ .....                        Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik" .....                        Venesuelanın bu qədər qızıl ehtiyatı var .....                        Bu gün geomaqnit qasırğası gözlənilir .....                        Bakıda tədris mərkəzindən oğurluq edildi .....                        İlham Əliyev yerli telekanallara MÜSAHİBƏ VERDİ .....                        Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                       
Tarix : 4-08-2017, 12:25
“Mən həminki dağlar oğlu Dilqəməm” - Dilqəm Əsgərov


AzVision.az xəbər verir ki, Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq. Kəlbəcər girovlarını Avropa Məhkəməsində müdafiə edən vəkil Anar Bağırov mətbuata açıqlamasında bildirib ki, kommunikasiya başlayıbsa, iş tez bir zamanda qərarla nəticələnməlidir.

“Bu iş artıq məhkəmənin icraatındadır. Avropa Məhkəməsinin prosedurlarında ən çətin məsələ müraciətin icraata götürülməsidir. Çünki Avropa Məhkəməsinə edilən müraciətlərin tam əksəriyyəti heç icraata qəbul olunmur və ya bu müddət çox uzun çəkir. Avropa Məhkəməsində növbədə minlərlə müraciətlər var. Bu baxımdan kommunikasiyaya başlanması çox önəmli məsələdir.

Hesab edirik ki, əgər müraciət kommunikasiyaya qəbul olunursa, həmin iş üzrə qərarın qəbul olunma ehtimalı çox yüksəkdir. Ümid edirik ki, müraciətə qısa müddətdə baxılacaq”.

Vəkil Avropa Məhkəməsinin bu işlə bağlı ədalətli qərar qəbul edəcəyinə ümid etdiyini deyib.

“Hesab edirəm ki, məhkəmənin qəbul edəcəyi ədalətli qərarla soydaşlarımızın azadlığa çıxacağı və öz evlərinə qayıdacağı şansı yüksəkdir. Ancaq təbii ki, erməni tərəfi Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınmağa çalışa bilər. Əgər Ermənistan tərəfi məhkəmənin qərarını icra etməzsə, bunun da öz məsuliyyəti var. Avropa Məhkəməsinin qərarlarını icra etməməyə görə müəyyən mexanizmlər var ki, qərar icra edilməyəcəyi təqdirdə həmin mexanizm Ermənistana qarşı işə düşəcək”.

Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov açıqlamasında Avropa Məhkəməsindən ədalətli qərar gözlədiklərini bildirib.

“Martdan bəri atam bizə məktub yazmır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin sözlərinə görə, onlar tez-tez girovlara baş çəkirlər. Bildirirlər ki, atam məktub yazmaq istəmir. Bunun səbəbini bilmirik. Hər dəfə məktub yazan insan, indi niyə belə edir? Bəlkə də atamın səhhətində ciddi problemlər var. Çünki martda atımın videosuna baxmışdıq. Videoda atamın stolun arxasında güclə əyləşdiyi görünür. O, başını güclə qaldırıb, deyirdi ki, “mən həminki dağlar oğlu Dilqəməm”. Ümidimiz Avropa Məhkəməsinə qalıb. İnanırıq ki, ədalətli qərar veriləcək, atam azadlığa çıxacaq”.

Girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev işə Avropa Məhkəməsində baxılması haqda mətbuatdan xəbər tutduğunu söyləyib.

“Bizə bu barədə heç kim məlumat verməyib. Dostlarım radioda bu xəbəri eşidən kimi mənə məlumat verdilər. Bizim tək dərdimiz Şahbazın və Dilqəmin azadlığa qovuşmasıdır. Onların girovluqdan azad edildiyi günü səbrsizliklə gözləyirik. İnanmaq istərdik ki, Avropa Məhkəməs ədalətli qərar verəcək”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!