Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI .....                        Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                       
Tarix : 21-06-2017, 18:41
Kəlbəcər girovundan yeni xəbər var: “Sonuncu dəfə...“

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin qardaşıma baş çəkən əməkdaşı iyunun 19-da mənimlə görüşdü. Ancaq heç bir məlumat vermədi. Nümayəndənin sözünə görə, Dilqəm Əsgərovun vəziyyəti qaydasındadır. Əgər hər şey yaxşıdırsa, niyə məktub yazmır, əvvəlki şikayətləri düzəldi ki?

Butov.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov deyib.

Onun sözlərinə görə, sonuncu dəfə qardaşından martdan əvvəl məktub alıblar: “Özüm isə iyunun 6-da məktub yollamışam. Dilqəm axırıncı iki məktubunda səhhətində ciddi problemlər olduğunu yazmışdı. Qeyd eləmişdi ki, başı, beli, ürəyi və ayağında ağrıları var. Martda müayinə üçün əcnəbi həkim göndərmişdilər, ingilis qadın idi, Bakıya qayıdandan sonra gedib görüşdük. Amma başdansovdu yanaşmışdılar. Dilqəm ürəyindən, baş ağrılarından şikayətlənirdi, amma həkim mütəxəssis deyildi, ümumi fizioloji xəstəliklər üzrə ixtisaslaşıb, kardiologiyadan başı çıxmırdı”.

Sahib Əsgərov qeyd edib ki, BQXK-dan əsas tələbi qardaşı ilə görüşə şəraitin yaradılmasıdır: “Hər dəfə deyirlər müraciətiniz masa üzərindədir. Artıq 3 ilə yaxındır vaxt keçir, bir xəbər yoxdur”.

O, qardaşına bağlama da göndərə bilmədiklərini deyib: “Qızıl Xaç Komitəsindən bizə dedilər ki, bağlama göndərmək bizə baha başa gəlir. Çünki gərək bağlama Bakıdan Tiflisə, oradan İrəvana göndərilsin, yoxlamadan sonra həbsxanaya aparılsın, nə lazımdırsa, yazın, nümayəndəmiz alıb təhvil versin. Dilqəmdən maraqlandım ki, nümayəndələr istədiklərini alıb verirlərmi. Cavab yazmışdı ki, BQKX-dan bəzi şeylər gətirmişdilər, amma nələr olduğunu yazmamışdı”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərovla yanaşı Azərbaycan vətəndaşı Şahbaz Quliyev də Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!