Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 2-08-2017, 12:07
Avropa Məhkəməsi Dilqəmlə Şahbaza görə Ermənistandan sənədlər istəyib


Butov.az modern.az - a istinadən xəbər verir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa Məhkəməsində kommunikasiyaya başlanılıb. Girovların ailə üzvlərinin maraqlarını Avropa Məhkəməsində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov təmsil edir.

Avropa Məhkəməsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində girovluqda saxlanılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiyaya cari ilin 13 iyulundan başlayıb. İşi artıq öz icraatına götürmüş Avropa Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilən kommunikasiya sənədində qeyd olunan ərazidə nəzarəti həyata keçirən Ermənistan Respublikasını cavabdeh hesab edilməklə ona bir sıra mühüm suallar ünvanlanıb.

- Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara qarşı işgəncələrə yol verilmişmi;
- Həbs məhz qanuni səlahiyyətlərə malik olan məhkəmənin qərarı ilə baş vermişmi;
- Girovların məhkəmənin həbs qərarını mübahisələndirmək üçün hüquqi imkanları mövcud idimi; və s.

Eyni zamanda kommunikasiyada Avropa Məhkəməsi Ermənistan Respublikasından girovların sağlamlıq vəziyyəti ilə bağlı rəsmi sənədlərin də təqdim edilməsini tələb edib.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda doğulduları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz nənə-babalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı birləşmələri tərəfindən tutulublar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən “məhkəmə” Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Avropa Məhkəməsinə şikayət ərizələri girovların həyat yoldaşları Firuzə Əsgərova və Albina Veselova tərəfindən verilib. Şikayət ərizəsində ərizəçilər Ermənistan Respublikası tərəfindən Avropa Konvensiyasının bir sıra maddələrinin pozuntusunu qeyd ediblər. Xüsusilə bu, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədi qanunsuz keçməyə görə ittiham olunmanın hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu ilə bağlıdır.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!