TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 19-11-2014, 21:01

Azərbaycan turizminin inkişaf yolu

 

 

“Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir".

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının

Prezidenti

 

Orta əsrlər dövründən Azərbaycan Yaxın və Orta Şərqin, İslam dünyasının ən inkişaf etmiş ölkələrindən biri kimi tanınıb. Həmin dövrdə yurdumuza qədəm basan ərəb, türk, rus və avropalı səyyahlar gördüklərini qələmə alaraq, vətənimizin qonaqpərvərliyindən, memarlıq incilərindən, təbii sərvətlərindən söhbət açmışlar. Ötən əsrin 20-30-cu illərindən Bakıda və Gəncədə, 50-60-cı illərdə isə Lənkəranda, Naftalanda, Mingəçevirdə, Qubada, Zaqatalada, Şəkidə turizm və ekskursiya büroları fəaliyyətə başlayır. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra turizm sahəsinə diqqət artırıldı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qənun qəbul edildi. 1999-cu il iyulun 27-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Turizm haqqında" fərman imzaladı, "2002-2005-ci illər üçün" Dövlət Proqramı təsdiq edildi.

Ulu öndərin qayğısı sayəsində turizmlə bağlı geniş infrastrukturlar yaradıldı, abadlıq və tikinti işləri vüsət aldı. Turizmin qeyri-neft sektorunun ən gəlirli sahəsinə çevrilməsi istiqamətində nailiyyətlər əldə olundu. Ən əsası Azərbaycanın mirvarisi Göygöldə, eləcə də Şəkidə, Qəbələdə, İsmayıllıda, Masallıda, Lənkəranda, Astarada, Qubada, Qusarda, Naxçıvanda, Bakıda turizm obyektləri yaradıldı.

Azərbaycan turizminin inkişaf yolu

 

Keçmiş SSRİ respublikaları arasında Bakıya turist axını çox olub. 1950-ci ildə Nizami adına istirahət parkında Bakı turist bazasının fəaliyyətə başlamasından sonra Mingəçevirdə, Hacıkənddə, Qəbələdə, Şuşada bir çox turist bazaları yaradılır. 1962-ci ildə 150 nəfərlik "Sputnik" turist çadır şəhərciyinin təşkil edilməsi, Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurasının yaradılması turistlərin gəlməsinə təsir göstərir.

1963-cü ildə yaradılan Bakı turistlər klubu o illərdə müəssisə, idarə və ali məktəblərin idman turizmi üzrə möhkəm bazası hesab olunur. 1969-1973-cü illərdə Bakı turistlər klubuna işgüzarlığı, təşkilatçılığı ilə seçilən ziyalı Azər Dünyamalıyev rəhbərlik edib. O, Azərbaycanda turizmin inkişafında xeyli səmərəli işlər gördüyünə görə müxtəlif fəxri fərmanlarla təltif olunub. Bu günlərdə A.Dünyamalıyevlə görüşərkən o, qeyd etdi ki, SSRİ dövründə ümummilli lider Heydər Əliyev milli turizmin inkişafına həmişə diqqət və qayğı göstərib. 1973-cü ildə 1943 yerlik "Azərbaycan" və 1975-ci ildə 350 yerlik "Qarabağ" mehmanxanalarının, 1978-ci ildə "İnturist" Səhmdar Cəmiyyətinin tabeliyindəki 200 yerlik "Moskva" mehmanxanasının, 1985-ci ildə isə 1100 yerlik "Abşeron" turist mehmanxanasının istifadəyə verilməsində onun xidmətləri böyük olub. Məhz 1983-cü ildə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin təşəbbüsü sayəsində Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması haqqında qərar qəbul edilir.

Uzaqgörən dövlət xadiminin  bu təşəbbüsündən sonra Azərbaycanda 2000-ci ilə qədər turizmin inkişaf sxemi qəbul edilsə də, 1988-ci ildə İrəvanda başlanan etnik təmizləmə siyasəti buna mane olur. Torpaqlarımızın 20 faizini işğal edən ermənilər tarixi abidələrimizi, mədəniyyət ocaqlarını məhv edir, turizm obyektlərini dağıdırlar. Ermənistanın xalqımıza qarşı apardığı işğalçı müharibə nəticəsində turizm sahəsində ciddi tənəzzül yaranır.

A.Dünyamalıyev sovet dövründə ölkəmizdə turizmə böyük maraq olduğunu vurğulayaraq. söylədi ki, vaxtı ilə qardaşı Qəzənfər də turizm üzrə idman ustası olub, 30-dan çox dağ yürüşlərində iştirak edib. O, özü indiki Sankt-Peterburq şəhərindəki Ali Həmkarlar mədəniyyət məktəbi institutunun "Həmkarlar təşkilatlarında idarəetmə" fakültəsini bitirsə də Turizm iqtisadiyyatı üzrə diplom işini müvəffəqiyyətlə müdafiə edib və keçmiş SSRİ respublikalarında turizm üzrə nazirliklərin yaradılması məsələsini ön plana çəkib.

Qeyd edim ki, müsahibim 1973-cü ildə Bakı turistlər klubunun direktoru işləyərkən həmin ildə 30 mindən çox turistin kluba müraciət etməsinin də şahidi olduğunu bildirir. Həmin klub turist səfərlərini təşkil edərək, lazımi ləvazimatları (çadırları, hava ilə doldurulan döşəkçələri) turistlərə kirayə verirdi. Həmin  illərin may aylarında Bakı turistlər klubunun yaradılması ilə bağlı keçirilən mərasim təntənəli şəkildə qeyd olunardı. Hətta Alazan çayından başlayaraq, Mingəçevirdən keçən Kür çayınadək qayıqlarla maraqlı gəzintilər təşkil edilərdi. Dənizkənarı parkda isə əsl bayram büsatı qurulardı. Parkda turizmə aid sərgilərin, fotostendlərin təşkili maraqla qarşılanardı. Turizmlə bağlı yürüş Pirqulu-İsmayıllı-Lahıc dağ marşrutu üzrə keçirilərdi. Bakı şəhərindəki turistlərin İsmayıllıda qonaq olması, digər layihə olan "Atam, anam və mən" adlı ailə turist toplantısının Xəzərin Yalama sahillərindəki 450 yerlik "Gilavar" sağlamlıq-turist düşərgəsində təşkili də bayram coşqusu ilə qeyd olunardı. Payız fəslində "Tonqal" mərasiminə turistlərin böyük axını olardı. Çıraqqalada təşkil olunan bu tədbirdə xalq rəqslərimizə əcnəbi turistlər də qoşulardı. A.Dünyamalıyev keçmiş sovet dönəmində Xəzər dənizində Bakı-Həştərxan-Volqoqrad-Moskva marşrutu üzrə işləyən gəmilərin turizm sahəsinə gəlir gətirdiyini vurğulayaraq söylədi ki, "indi turizmin bu sahəsi inkişaf etdirilsə ölkəmizə daha çox turist gələr".

Həqiqətən də Azərbaycana istər 40 il öncə, istərsə də bu gün turistlərin gəlişi torpağımızın zəngin relyefə, füsunkar təbiətə malik olması ilə bağlıdır və ölkəmizdə turizmin inkişafı məqsədilə keçirilən səmərəli layihələrin nəticəsidir ki, əvvəlki mehmanxanalardan fərqli olaraq hazırda 530 komfort şəraitli hotel fəaliyyət göstərir. Azərbaycanda turizmlə bağlı dövlət proqramları qəbul edilib. "Azərbaycanda turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramını imzalanmasından sonra ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsinə, sahibkarlığın genişləndirilməsinə yenidən təkan verildi. 2011-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda "Turizm ili" elan olunması yeni məşğulluq mərkəzlərinin açılmasına, biznesin təşkilinə və əhalinin sayının artmasına səbəb oldu. Azərbaycanda dünya standartlarına uyğun mehmanxanaların, xüsusən də Bakıdakı bir çox otellərin və dağ turizmi kompleksi olan Şahdağın fəaliyyəti nəticəsində turistlərə yüksək xidmət göstərilir. Mədəniyyət və Turizm Nazirliyi ilə Küveyt, Səudiyyə Ərəbistanı, Rusiya, Macarıstan, Yaponiya, Meksika, Argentina, Kuba, Yunanıstan, Fransa, Qazaxıstan, Moldova, Misir, Qətər, Tacikistan, Litva, İordaniya və s dövlətlər arasında beynəlxalq əlaqələr qurulur. 2001-ci ildən Mədəniyyət və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Təşkilatı  arasında da sıx əməkdaşlıq yaranıb.

BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Soltan Somoqiyin Azərbaycanı beynəlxalq turizm üçün ən perspektivli və dinamik inkişaf edən, böyük potensiala malik mədəniyyət və turizm mərkəzi hesab etməsi bu sahəyə olan dövlət qayğısının təzahürüdür.

"2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət Proqramı uğurla icra olunur və  ölkəmizdə turizmin beynəlxalq standartlara uyğun inkişafı üçün daxili və xarici investisiyalar bu sahəyə cəlb edilir. Hazırda insanların asudə vaxtının, qarşılıqlı ünsiyyətin təşkilində turizmin rolu böyükdür. Turizim həm də dünyanın bütün inkişaf etmiş ölkələrində əsas gəlir gətirən sahə hesab olunur. Hər il sentyabr ayının 27-də "Ümumdünya turizm günü"nü  Azərbaycanda, eləcə də dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Turizmlə bağlı ölkəmizdə bir çox beynəlxalq sərgilərin keçirilməsi ənənəvi xarakter alıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici dillərdə nəşr olunan kitabçaların, bukletlərin, fotoalbomların və xəritələrin hazırlanması turist imkanlarının təbliği məqsədilə hazırlanılır. Eyni zamanda Azərbaycanın beynəlxalq forumlara, tədbirlərə və gələcəkdə Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin potensial imkanlı turist məkanı olmasını bir daha göstərir.

Təsadüfi deyil ki, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlər xarici qonaqlar tərəfindən razılıqla qarşılanır. Turistlər isti yay günlərində Bakıda, Qəbələdə, Naxçıvanda, Qusarda, Qubada, Şəkidə, Şamaxıda, İsmayıllıda, Şabranda, Oğuzda, Xaçmazda, Masallıda və s ərazilərdə daha çox dincəlməyə üstünlük verirlər. Digər mühim cəhət odur ki, paytaxt Bakımızda qonaq olan turistlər şəhərimizə valeh olmaqla yanaşı "Qobustan" qoruğuna,  Qız qalasına, Şirvanşahlar sarayına, "Atəşgah" məbədinə, "Qala" arxeoloji  etnoqrafik muzeyə gələrək Azərbaycanın tarixi haqqında ətraflı və dolğun  məlumatlar əldə edirlər.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı ildə imzaladığı fərmana əsasən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutunun yaradılması ölkəmizdə turizm üzrə milli kadrların  hazırlanmasına xidmət göstərir. Halbuki, ötən illərdə Azərbaycanın turizm sahəsində turistlərlə işləməyi bacaran gənc kadrlara böyük tələbatı olub. İndi bu sahədə Azərbaycanı təmsil edən gənc kadrlarımızın işinə məsuliyyətlə yanaşması, yüksək peşəkarlığı, əcnəbi dilləri mükəmməl bilməsi əsas şərtlər hesab olunur.

Prezidenti İlham Əliyev çıxışında demişdir: "Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər". Bəli, bu gün ölkə başçısının turizm sahəsinə olan diqqət və qayğısı Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin inkişafına, mədəni istirahətin təşkilinə, işsizlik probleminin qismən aradan qaldırılmasına öz layiqli töhfələrini verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələr içərisində mədəniyyətimizin təbliği xüsusi yer tutur. Bu baxımdan işğal altında qalan torpaqlarımızın mədəniyyətini, tarixi abidələrini və bütünlüklə turizm infrastrukturunu əks etdirən kitabların əcnəbi dillərdə nəşr edilməsi təqdirəlayiq hadisədir. 

Bu il martın 31-də Quba Soyqırımı Memorial Kompleksində olarkən ermənilər tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi məzarlıqda xarici turistlərin çoxluq təşkil etdiyinin şahidi oldum. Həmin abidə-muzeydə Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarında müsəlman əhalisinin soyqırımı tarixi tam əhatəli əksini tapıb. Memorial kompleksdə Heydər Əliyev Fondu tərəfindən xarici dillərdə erməni vəhşiliyindən bəhs edən müxtəlif kitab və kitabçaların nümayiş olunması turistlərin böyük marağına səbəb olmuşdu. Deyərdim ki, belə topluların ölkəmizə gələn əcnəbi turistlərin diqqətinə çatdırılması Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində erməni soyqırımı azarkeşlərinə ən layiqli cavab olacaq.

Gün gələcək ki, Qarabağ torpağı işğaldan azad olacaq, xalqımız əzəli Azərbaycan torpağında turistləri böyük sevinc və məhəbbətlə qarşılayacaq! 

 

Təranə Cəbiyeva

Məqalə Mədəniyyət və Turizm

Nazirliyinin Azərbaycanda milli

turizmin inkişafına həsr olunmuş

müsabiqəsinə təqdim edilir.

 



Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!