“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 23-07-2015, 10:48
Nizami Rayonunda mətbuat işçiləri mükafatlandırıldı

Kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər zaman önəm verən Nizami rayon İcra Hakimiyyətində Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nizami rayon İH-nin başçısının müavinləri Qərib Məmmədov, Gülnaz İsrafilova, İldırım Mehdiyev, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, qəzet və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Qərib Məmmədov qonaqları salamlayaraq qeyd etdi ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur: “Bütün illərdə mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Bu gün Azərbaycanda sözün həqiqi mənasında fəxr ediləsi mətbuat nümayəndələri var və biz onlara daim diqqət göstərməyi özümüzə borc bilirik”.
Daha sonra çıxış edən icra başçısının müavini Gülnaz xanım İsrafilova vurğuladı ki, son illər ərzində KİVDF ilə birgə “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, Milli Mətbuat günü ərəfəsində müxtəlif mövzularda konfrans, tədbir və görüşlər keçirilib: “Həmçinin RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr ildən ilə daha da möhkəmləndirilir”.
Nizami Rayonunda mətbuat işçiləri mükafatlandırıldı

Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Aqşin Hümmətov və başqaları çixış etdilər. Onlar Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, dövlətimizin müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə etdiyi uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli , “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz çıxışında mətbuat nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik etdilər. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nizami rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edildi.Təltif olunanlar arasında "Bütöv Azərbaycan" qəzeti də vardı.
Nizami Rayonunda mətbuat işçiləri mükafatlandırıldı


Hacı Fərhag Bağırov


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!