Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 14-09-2015, 13:54
"Füzuli poetikası" adlı dərs vəsaiti nəşr edilib


Butov.az AzərTac-a istinadən nəzərinizə çatdırır ki, bu günlərdə "Yazıçı" nəşriyyatı tərəfindən "Çağdaş poeziya və klassik irs", "Füzuli sehri", "Azərbaycan füzulişünaslığı", "Sufizm" və digər monoqrafiya və kitabların müəllifi, füzulişünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyevanın "Füzuli poetikası" adlı dərs vəsaiti işıq üzü görüb.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, kitaba müəllifin dahi şairin mükəmməl və mürəkkəb poetik sistemi ilə bağlı orijinal yazıları daxildir. Müəllif, həmçinin burada Füzuli poeziyasına Şərq poetik kanonlar və məcazlar, müəmmalar, poetik fiqurlar, mübaliğə və təşbehlərin bədii-fəlsəfi sistemi kimi yanaşır. Füzulişünaşlığın nəzəri qənaətlərinə, orta əsrlər Şərq poetikası və estetikasına, xüsusilə də Füzulinin nəzəri konsepsiyasına istinad edən müəllif Füzulidə söz, hüsn, eşq, qəm anlayışlarının sufizmin zahidlikdən-arifliyə poetik təkamülün, rindi- şeydalığın poetik-mistik mahiyyətini açmağa çalışır.

Kitab ADMİU-nun tələbələri, habelə ədəbiyyatşünaslar, filosoflar, klassik poeziya xiridarları, şeir vurğunları və füzulisevərlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Əliyar Səfərlidir.


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!