Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 17-11-2015, 18:19
Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunacaq



Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək.

Butov.az Report-a istinadən xəbər verir ki, tamaşa noyabrın 29-da olacaq. İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan və Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı (Moskva) və Mariinski adına teatrın (Sankt-Peterburq) səhnəsində böyük uğurla nümayiş olunan “Eşq və Ölüm” baletinin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb. Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.

2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bu baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirildi (xoreoqraf – Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru – xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam – Dmitri Çerbadji).

Qeyd edək ki, hazırda teatrın repertuarında olan bu tamaşada noyabrın 29-da balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcək. Cəmilə Kərimova – Baycan, Makar Ferştandt – Azər, Anar Tahirov – Yalıncıq, Ayan Eyvazova – Ölüm rollarını ifa edəcək. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!