57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
Tarix : 14-10-2016, 18:39
Ləzgi dilində yazılmış “Leyin nəğməsi” kitabının təqdimatı keçirilib


Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Sədaqət Kərimovanın uşaqlar üçün ləzgi dilində yazdığı “Leyin nəğməsi” kitabının təqdimatı keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə yazıçı kitab haqqında məlumat verib. O deyib ki, “Leyin nəğməsi” onun sayca 20-ci kitabıdır. Kitaba orijinal nağıllar daxil edildiyini bildirən yazıçı bildirib ki, bu nağıllardan birinin qəhrəmanı Ley adlı leyləkdir. Bu quş uşaqlara vəfalılıq, yurda bağlılıq, çətində ruhdan düşməməyi, möhkəm, cəsarətli olmağı öyrədir.

Bildirib ki, kitabın özəlliklərindən biri də onun rəssamının 10 yaşlı həvəskar rəssam Sadiya Nəsrullayeva olmasıdır.

“Azərbaycan” nəşriyyatında çap olunan kitabın multikultural ənənələri ilə dünyada tanınan Azərbaycan etnik ləzgilərinin balaca nümayəndələrinə gözəl töhfə olduğu vurğulanıb.

Sonda “Leyin nəğməsi” kitabı uşaqlara hədiyyə edilib.

Kitabın Azərbaycan dilində nəşr edilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!