“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
Tarix : 2-02-2017, 20:23
Londonda nəşr olunan “Halı” jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

Butov.az Medeniyyet.az-a istinadən xəbər verir ki, xalçaçılıq üzrə ixtisaslaşmış məşhur “Halı” jurnalı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əməkdaşlığa başlayıb.
“Azərxalça” ASC-dən bildirilib ki, jurnal yeni 190-cı nömrəsindən etibarən öz səhifələrində Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən “Azərxalça”dan bəhs edəcək. Cəmiyyətin respublikanın ayrı-ayrı rayonlarındakı filiallarında qədim çeşnilər əsasında toxunacaq Azərbaycan xalçaları reklam olunacaq. Jurnal “Azərxalça”nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandıracaq.
Qeyd edək ki, “Halı” jurnalı 1978-ci ildən Londonda ildə dörd dəfə nəşr olunur. Burada müxtəlif ölkələrdən olan xalça mütəxəssislərinin, ekspertlərin, kolleksiyaçıların rəyləri, islam və Şərq mədəniyyətinə dair araşdırmalar, tekstil və toxuculuq sahəsinə, toxuma texnologiyalarına, sərgilərə, hərraclara aid xəbərlər, tarixi-etnoqrafik materiallar dərc olunur, dünya muzeylərinin, beynəlxalq xalça bazarının aparıcı şirkətlərinin və müəssisələrinin fəaliyyətindən bəhs edilir.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!