Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 30-12-2015, 08:54
Fransız səfir Xalça Muzeyinin qonağı oldu


Dekabrın 29-da Fransanın Bakıdakı səfiri Aureliya Buşez Azərbaycan Xalça Muzeyinin qonağı olub.

Görüşdə muzeyin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabını səfir xanım A.Buşezə hədiyyə edib. Bu kitab Fransanın Azərbaycandakı səfirliyi tərəfindən franasız dilinə tərcümə olunub. Görüş zamanı Xalça Muzeyinin Fransa muzeyləri ilə sıx əlaqəsindən söhbət açılıb. Azərbaycan Xalça Muzeyi Fransa mədəniyyət qurumları ilə sıx əlaqələrə malikdir.

2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illiyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” adlı IV beynəlxalq simpoziumunu misal göstərmək olar.

Ötən ay Fransanın məşhur Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi də Muzeydə olub. Məqsəd Luvr Muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Görüşdə vurğulanıb ki, Luvr Muzeyi kimi böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir. Ən qiymətli, nadir nüsxəli Azərbaycan xalçaları Luvr Muzeyində saxlanılır ki, onların da sayı 50-yə yaxındır.

Qeyd olunub ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib.

Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin. Daha sonra ekspozisiyanı gəzən səfir Azərbaycan mədəniyyətinə və incəsənətinə heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.

Fransız səfir Xalça Muzeyinin qonağı oldu


Azertac


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!