Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 10-12-2015, 08:18
Bakıda Azərbaycan xalçasına həsr edilmiş beynəlxalq konqres keçiriləcək



Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin nümayəndə heyəti Bakıda səfərdədir

2017-ci ildə Bakı şəhərində Azərbaycan xalçasına həsr edilmiş V beynəlxalq konqresin keçirilməsi nəzərdə tutulur.

Butov.az-ın Medeniyyet.az-a istinadən xəbərinə görə, konqresin təşkili ilə bağlı Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin nümayəndə heyəti paytaxtımızda səfərdədir. Nümayəndə heyətinə qurumun baş katibi Denis Dodds, Akademik Komitənin sədri Alberto Boralevi, komitənin üzvü Yelena Tsaryova və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyada yaşayan eksperti Əsli Səmədova daxildir.
Səfərin məqsədi Bakıda keçiriləcək beynəlxalq konqres zamanı nümayiş olunacaq muzey və şəxsi kolleksiyalarda qorunub saxlanılan tekstil (xalça, xalça məmulatları, parçalar) nümunələrinin tarixi, bədii, elmi məzmununun və inkişafının öyrənilməsi, keçiriləcək sərgilərin məkanlarının müəyyənləşdirilməsi, həmçinin bu işə cəlb ediləcək yerli ekspertlərlə görüşlərin keçirilməsidir.
İCOC İcraiyyə Komitəsinin nümayəndə heyəti İçərişəhər Tarix Memarlıq Qoruğunda yerləşən Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Kamil Əliyevin ev-muzeyinə, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinə, Şirvanşahlar Sarayına və Azərbaycan Xalça Muzeyinə baş çəkib, həmçinin xalçaçı-rəssam Eldar Mikayılzadənin qonağı olub.
Dekabrın 11-də Yelena Tsaryova tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyində xalçaçılıq sənəti üzrə mütəxəssislər üçün seminar-təlimin keçirilməsi, habelə səfər çərçivəsində Denis Dodds və Alberto Boralevi tərəfindən də bədii fondları olan muzeylərin əməkdaşları üçün mühazirələrin oxunması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycan ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Bakıda Azərbaycan xalça sənəti üzrə birinci beynəlxalq simpozium 1983-cü ildə keçirilib. 1988-ci ildə ikinci, 2003-cü ildə üçüncü beynəlxalq simpozium təşkil olunub. 2007-ci il Parisdə, UNESCO-nun Baş Qərargahında xalça ustası, Xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda dördüncü beynəlxalq simpozium keçirilib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!