ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 19-09-2013, 15:39
"Arşın mal alan"-ın 100 illik yubileyi qeyd olundu


Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq, hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

ANS PRESS-in verdiyi məlumatına görə, sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub.

Festivalın açılış günündə Teatrın səhnəsində "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib. Bu, ilk tamaşanın 100 illiyinə həsr olunub. Dirijor: Cavanşir Cəfərov, solistlər: Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev, Telman Əliyev.

Rejissorun sözlərinə görə,Arşın mal alan dünya səviyyəsində bir əsərdir,1997-ci ildən etibarən hər il bu əsəri səhnələşdiririk. Bir neçə ölkədə eləcədə Türkiyədə 2 dəfə Ankara opera balet teatrında çıxış etmişik,Çində Pekin opera teatrda və s.hər kəs tərəfindəndə sevilib. Sonra isə qeyd edib ki, sentyabr ayının 21-i “Sevgi şərbəti”, 28-i isə Verdi”-in yubileyidir bu səbəbdən beynəlxalq tamaşa təşkil olunacaq,Gürcüstandan və başka xarici ölkələrdən aktyorlar gələcəklər səhnələşdirəcəyik.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18-28 sentyabr tarixində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!