20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 18-09-2013, 09:48
Bu gün Üzeyir Hacıbəylinin doğum günüdür


XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə, konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycanda hər şeyin bir-birinə dəydiyi vaxtda bu ənənə də unuduldu. Dahi bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən, narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü 1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, musiqisevərlərin ürəyincə oldu. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyir musiqi günü".

Azərbaycan mədəniyyətinin ilk xadimləri acınacaqlı və məşəqqətli bir yol keçiblər. Amansız zülmün, cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda Milli Musiqili Teatrın yaradılması nadanlığa, cəhalətə meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə, əzablara baxmayaraq hədsiz çətinliklərə, təqib və təzyiqlərə məhəl qoymadan bu şərəfli işin öhdəsindən bacarıqla gələrək opera yazmaq işini cəsarətlə başlayan və inamla davam etdirən Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərdi. Üzeyir Hacıbəylinin kimliyi barəsində düşünərkən ilk növbədə bu dahi insanın öz sözləri yada düşür: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki məna çox düşündürücüdür. Həqiqətən də elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanaraq müqəddəs əməlləri, yaradıcılığı ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Üzeyir Hacıbəyli yaradıcılığa başladığı ilk gündən sübut etdi ki, o, nəinki bir ailənin, bir mahalın, bir xalqın, eləcə də bütün türk dünyasının böyük oğludur. Qarabağdan pərvazlanan bu parlaq sima millətinə və ölkəsinə elə bir şöhrət gətirdi ki, ziyası Günəş kimi əbədi işıq saçmaqdadır.

60 ildən çoxdur ki, Üzeyir Hacıbəyli haqq dünyasına qovuşub. Amma bu uzun illər ərzində onun unudulduğu, yaddan çıxdığı an belə olmayıb. Təkcə Azərbaycanda deyil, dünyanın çox yerində Üzeyir bəyin musiqisi səslənir, sevilir, insanlar tərəfindən məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy idi.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 103 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda H.Z.Tağıyevin teatrında olub.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaranmış "Leyli və Məcnun" yalnız ilk Azərbaycan operası deyil, həm də Şərqin ilk operasıdır. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazdı.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Beş pərdədən ibarət olan bu operanın libretto müəllifləri H.İsmayılov və Ordubadidir. Burada bir məsələni də qeyd edək ki, Üzeyir Hacıbəyli yalnız bu operanın librettosunu özü yazmayıb.

"Koroğlu"nun ilk tamaşası 1937-ci il aprelin 30-da olub. Bu, elə bir dövr idi ki, Azərbaycanda repressiyalar qara caynağını hər tərəfə uzadaraq millətin ziyasını qapatmaqla məşğul idi. Məşhur şairlər, yazıçılar, ictimai-siyasi xadimlər, bir sözlə, millətin xoş sabahları üçün fəaliyyət göstərən insanlar həbs edilərək ya uzaq Sibirə, ya da Xəzərin dibinə göndərilirdi. Belə bir zamanda xalq qəhrəmanı haqqında opera yazmağın nə demək olduğu aydındır. Zülm və işgəncələr içində boy göstərmək, cəsarətli addım atmaq, millətə və torpağa, vətənə xidmət etmək Üzeyir Hacıbəylinin qanında idi. O, ilk qələm təcrübəsindən başlayaraq nadanlığın, işgəncənin, ölümün içindən gələcəyə, ümidli sabahlara boylanırdı. Onu bu yoldan heç nə sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu həqiqətən qara tufanların torundan xilas edirdi. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib. Bir təzada fikir verin: Üzeyir Hacıbəyli Stalin rejiminin ən ağır zamanında - 1941-ci ildə onun adını daşıyan mükafata layiq görülüb.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulub.

Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı ildə (1913) Üzeyir Hacıbəylinin yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.

İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal alan"ı yenidən ekranlaşdırmışdı. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmayıb.

Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi "Arşın mal alan"ı Üzeyir Hacıbəylidən icazə almadan, ekranlaşdırmış və hətta filmdə Azərbaycan bəstəkarının adını belə göstərməyib (ermənilər görün nə vaxtdan milli və mədəni sərvətlərimizə göz dikiblər - F.X.).

Dördüncü dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılıb və bu musiqili film də dünyada geniş şöhrət qazanıb. Baş rolda Rəşid Behbudov çəkilib.

1965-ci ildə isə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçısı Həsən Məmmədov olub.

"Arşın mal alan"ın taleyi həqiqətən uğurlu olub, bu gün də həmin musiqili komediyaya böyük maraq duyulmaqdadır. Bu səbəbdən də teatrların repertuarından düşməyən "Arşın mal alan" həmişəki kimi tamaşaçıları valeh etməkdədir.

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyətə malik idi. Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində Hacıbəylilərin nəsil şəcərəsi ilə bağlı maraqlı faktlar aşkar edilib. Bu nəslin Azərbaycan tarixində, mədəniyyətində xüsusi rolu olub. Üzeyir Hacıbəylinin məzmun və ruh etibarilə həm milli, həm də bəşəri əsərləri geniş şöhrət qazanaraq Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil edib. Onun opera və operettaları müəllifinə dərin rəğbət və məhəbbət qazandırdı. Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında Üzeyir bəydən başqa onun yaxın qohumları, qardaşları da fədakarlıq nümunəsi göstəriblər.

Görkəmli bəstəkarın həyat yoldaşı Məleykə Hacıbəyli Tiflisdə Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərib. 1910-cu ildə Üzeyir ilə ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, paytaxtımızda da pedaqoji fəaliyyətini davam etdirib, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin məsləhəti ilə həmin ali məktəbə daxil olub. Dahi bəstəkarımızın ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat edib.

Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyli Azərbaycanın ilk operalarından olan "Aşıq Qərib"də xalq musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa çalışıb. Onun bir sıra librettolara - "50 yaşında cavan", "Varlı", "Evli ikən subay" və başqalarına yazdığı musiqi sadəliyi, aydınlığı və dramaturgiya baxımından seçilirdi. Zülfüqar Hacıbəyli "Almaz" filminə musiqi yazmışdır. İki operası "Nüşabə" və "Üç aşıq" yarımçıq qalıb.

Ceyhun Hacıbəyli Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. O, qardaşına bir çox musiqi əsərlərini yaratmaqda yaxından kömək edib, hətta "Leyli və Məcnun" operasının ilk tamaşasında İbn Səlam və Nofəl obrazlarını yaradıb. Onun ən diqqətəlayiq xidmətlərindən biri də "Azərbaycan" qəzetinin yaradılmasında göstərdiyi böyük xidmətdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qəzeti olan "Azərbaycan"ın ilk redaktoru məhz Ceyhun Hacıbəyli olub. Təəssüf ki, 1920-ci ildə bolşeviklərin aprel çevrilişindən sonra Fransada səfərdə olan Ceyhun Hacıbəyli vətənə qayıda bilməyib, ömrünü mühacirətdə başa vurub.

Maestro Niyazi Üzeyir Hacıbəylinin qardaşı Zülfüqarın oğludur. Görkəmli dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazinin musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin güclü təsiri olub. Azərbaycan musiqisinin inkişafında Niyazinin xidmətləri böyükdür. Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmiş, Azərbaycan bəstəkarlarının əsərlərində, xüsusilə də Üzeyir Hacıbəylinin "Koroğlu" operasındakı qeyri-adi dirijorluq istedadı ona şöhrət gətirib. Niyazinin dirijorluq etdiyi əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.

Çingiz Hacıbəyli isə Zülfüqar bəyin ikinci oğludur. Azərbaycanın əməkdar incəsənət xadimi olub, dirijor idi. O, 1931-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyətə başlayıb. Onun yaradıcılıq fəaliyyəti əsasən Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Simfonik Orkestri, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə bağlı olub. 1938-ci ildən 1953-cü illərə qədər baş dirijor kimi çalışan Çingiz Hacıbəyli ömrünün sonunadək əmisinin adını daşıyan Dövlət Simfonik Orkestrinə dirijorluq edib.

Soltan Hacıbəyli Üzeyir Hacıbəylinin əmisi oğlu İsmayılın övladıdır. Görkəmli Azərbaycan bəstəkarlarından biridir. Onun musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin böyük rolu olub. Soltan müəllimin bəstəkarlıq sənətini seçməsinə də məhz Üzeyir bəyin böyük təsiri var idi. Çünki Soltan Hacıbəyli uzun illər məhz Üzeyir bəyin evində yaşayıb. O, məşhur "Karvan" simfonik əsərini Üzeyir Hacıbəyliyə həsr etmişdir. Soltan Hacıbəyli "Gülşən" baletinin, "İsgəndər və Çoban" operasının, eləcə də bir neçə simfoniya, uvertüra, mahnı, romans və digər musiqi əsərlərinin müəllifidir.

Osman İsmayıl oğlu Hacıbəyli isə 1924-cü ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəylinin qardaşıdır. Milli teatrın inkişafında özünəməxsus xidmətləri var. Ömrünün 40 ilini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayan Osman Hacıbəyli burada 100-dən çox rol yaradıb. 1969-cu ildə əməkdar artist fəxri adına layiq görülmüş Osman Hacıbəyli komik rolları ilə xüsusi diqqət çəkərdi. O, 1979-cu ildə vəfat edib.

İsmayıl Hacıbəyli Soltan bəyin oğludur. Əməkdar mədəniyyət və incəsənət xadimidir. Bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan musiqisinin inkişafında xüsusi xidmətləri var idi. Uzun illər musiqi kadrlarının yetişməsində böyük əmək sərf edib.

Şuşasız qalmış şuşalı Hacıbəylilərin xoş sorağı indi məmləkətlər dolaşır. Fransadan vətənə dönə bilməyən Ceyhun Hacıbəylinin nəvə və nəticələri, nəhayət, Bakıya gəlir, amma Şuşaya gedə bilmirlər. Bir vaxt Şuşa Hacıbəylilərsiz darıxardı, indi də Hacıbəylilər Şuşasız qalıb. Türkün səbri də böyük olur, savaşı da. Bütün şuşalılar kimi Hacıbəylilərin də doğma yurda qayıdacağı o müqəddəs gün mütləq olacaq!

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. O hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. Dahi sənətkarın vəfatından illər keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.

Mənbə: ANS PRESS


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!