ABŞ “altılıq formatının” əleyhinədir. .....                        Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşdü - FOTO .....                        Prezident Qətərin Baş nazirinin müavini ilə görüşdü .....                        Şagird məktəbdə odlu silahdan atəş açıb .....                        Ötən həftə 141,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib .....                        Bakı Limanının ümumi yük dövriyyəsi artıb .....                        Maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təkliflər oktyabrın 21-dək təqdim ediləcək .....                        Mehriban Əliyeva Füzuli səfəri ilə bağlı paylaşım edib - FOTO .....                        Bu gün Müstəqilliyin Bərpası Günüdür .....                       
Tarix : 15-08-2013, 09:52
Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.


Milli.Az-ın məlumatına görə, bu gün Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var.

Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da – Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də - Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.

"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bəxt üzüyü", "Girov" filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.

Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı ("Yaşıl eynəkli adam"), Suğra ("Bala bəla sözündəndir"), Darçınbəyim ("Evləri köndələn yar"), Ayka ("Yarımştat"), Gülya ("Nekroloq") rolları aktrisanı daha da məşhurlaşdırmışdır.

Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Aktyor Bəşir Səfəroğlunun qızıdır.

Afaq xanımı kollektivimiz adından təbrik edir, ona can sağlığı, uzun ömür, yeni obrazlar yaratmağını diləyirik!


Paylaş



Bölmə: Mədəniyyət / Köşə / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Butov.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!