Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 22-02-2016, 14:55
Biz işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik.



Prezident İlham Əliyev İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibə verib.

Butov.az həmin müsahibəni təqdim edir:
-Zati-alinizin İran İslam Respublikasına səfərinin məqsədi nədir və İran ilə əlaqələri genişləndirmək üçün hansı proqramlarınız vardır?


-Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin dəvəti əsasında baş tutacaqdır. Qeyd etmək istərdim ki, biz İran Prezidenti ilə bundan əvvəl artıq dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılmış, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanmışdır.

İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaqdır. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaqdır.
-İran ilə Azərbaycan həm də iqtisadi sahədə sıx əməkdaşlıq edirlər. Lakin ölkələrimiz arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, ticarət dövriyyəsi bir o qədər də böyük deyil. Belə olan halda ticarət dövriyyəsinin artırılması üçün hansı proqramlarınız vardır?

-Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etmişdir. Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.
Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi meyillərin təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış etmişdir. Hazırda həmin təkliflər nəzərdən keçirilir.

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir.

-Regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq, Siz bu məşum fenomen ilə mübarizədə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

-Terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınmış, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilmişdir.
Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törətmiş, Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə-yeksan edilmiş, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq.
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir.
Azərbaycan İran və digər dövlətlər ilə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır.

-Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz? Münaqişənin həlli üçün İslam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir?

-1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, xalqımız etnik təmizləməyə məruz qalmış, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılmışdır. Ermənistan BMT başda olmaqla dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günədək problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməmişdir. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günədək heç bir nəticə verməmişdir. Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan - dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik.

Qeyd etmək istərdim ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişlər. Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk.

İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq.

-Bəzi şayiələr gəzir ki, Azərbaycan Respublikasında müsəlmanlar, xüsusilə şiələr öz dini fəaliyyətlərinin icrasında məhdudiyyətlərlə üzləşirlər. Bu barədə nə deyə bilərsiniz?

-Sizin qeyd etdiyiniz kimi, bu tipli məlumatlar yalnız şayiə ola bilər. Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmamışdır, fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Ölkə Konstitusiyası və mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir və gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir.

Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artmışdır. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur. Ölkənin ən böyük məscidi olan Heydər Məscidi mənim sərəncamımla dövlət vəsaiti hesabına inşa edilərək dindarların ixtiyarına verilmişdir.
Azərbaycan bütün dünyada İslam mədəniyyətinin təbliğinə böyük diqqət göstərir və maliyyə vəsaiti ayırır. Buna misal kimi, ölkəmizin Avropada və dünyanın digər bölgələrində təşkil etdiyi aksiyaları, keçirilmiş sərgiləri göstərmək olar. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyada nümunə kimi qəbul olunur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininin vəziyyəti, dinlər və konfessiyalararası münasibətləri həmişə yüksək qiymətləndirmişdir.
Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar.
İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi mənfi meyillərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!