Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 16-04-2014, 12:54

Sənubər İsgəndərli: "Teatrın Rövşən Almuradlıya ehtiyacı var"

 

Sənubər İsgəndərli: "Teatrın Rövşən Almuradlıya ehtiyacı var"

Tanınmış rejissor Rövşən Almuradlıya qarşı Mədəniyyyət və Turizm nazirliyi tərəfindən edilən haqsızlıqlar son günlər mətbuatın gündəmindədir. Məlumat üçün bildirək ki, rejissor Rövşən Almuradlının son 3 ildə heç bir işlə təmin olunmaması ciddi narazılıqlara səbəb olub. Bununla bağlı artıq ölkənin bir neçə tanınmış ziyalısı öz fikrini bildirib. Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti Sənubər İsgəndərlinin  də münasibətini öyrəndik. O, mövzu ilə bağlı bunları söylədi: "Rövşən bəy əsl peşəkardır və çox istedadlıdır. Onun quruluş verdiyi səhnə əsərləri həmişə öz orijinallığı ilə seçilir. Mən həmin əsərdə rol oynamağımla fəxr edirəm.Ona teatrın ehtiyacı var. Sözün əsl mənasında professional rejissordur. Mətbuatda ona edilən haqsızlıqla bağlı oxudum. Sözün düzü mən teatra az gedirəm və rəhbər rejissor arasında baş verənlərdən xəbərim yoxdur. Amma bilirəm ki Rövşən bəy iki ildir ki, İblis əsərini səhnələşdirmək istəyir və ona şərait yaradılmır. Ümid edirəm yaxın vaxtlarda o bu istəyini reallaşdıra biləcək."

 

Qeyd edək ki, Sənubər xanım Rövşən Almuradlının quruluş verdiyi “Yaşlı xanımın gəlişi” tamaşasında baş rolun ifaçısıdır.

Həcər



Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!