CHP-də qalmaqallı istefa .....                        Almaniyada Rusiya kabusu - casusluq artıb .....                        Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq .....                        Hikmət Hacıyevlə Qriqoryan eyni studiyada müsahibə verdilər .....                        Azərbaycanda ZƏLZƏLƏ oldu .....                        Tramp Zelenskiyə bir neçə gün vaxt verdi .....                        Prezidentin Slovakiyaya səfəri başa çatdı .....                        Mən həmişə seçkilərə hazıram - Zelenski .....                        Türkiyənin tanınmış jurnalisti saxlanıldı .....                       
Tarix : 29-10-2013, 00:10

BMT Təhlükəsizlik Şurası Azərbaycanın təşəbbüsü ilə toplanıb

Ooktyabrın 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas keçirilib.
Təhlükəsizlik Şurasında ilk dəfə bu mövzu üzrə təşkil edilən iclasın məqsədi BMT və üzvlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası qurum olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün tədbirlərin gerçəkləşdirilməsi üzrə müzakirələrin aparılması idi.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki-Mun və İƏT-in Baş katibi Əkmələddin İhsanoğlu, habelə Təhlükəsizlik Şurasının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Öz müraciətlərində hər iki təşkilatın baş katibləri Yaxın Şərq problemi və Suriyadakı böhran da daxil olmaqla, beynəlxalq gündəlikdə duran bir sıra problemlər üzrə aparılan qlobal və regional proseslərə toxundular və bu problemlərin həlli yollarının tapılmasında BMT-nin müvafiq hökumətlərarası təşkilatlarla sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.
İƏT-in baş katibi öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edib. O, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırıb.
Nazir E.Məmmədyarov ötən illər ərzində İƏT-in beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi və qlobal səviyyədə sülh mədəniyyətinin yayılmasında BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib. O qeyd edib ki, Təhlükəsizlik Şurasının gündəliyində duran bir çox məsələlərin İslam dünyasına bilavasitə aidiyyəti var və İƏT, təbii olaraq, onların həlli ilə yaxından məşğuldur. Məhz bu fakt Təhlükəsizlik Şurası və İƏT arasında sıx əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsini tələb edir.
Ermənistan-Azərbaycan münaqişəsindən ətraflı danışan nazir E.Məmmədyarov bildirib ki, münaiqişənin həllinə nail olmaq və iki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi , qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.
E.Məmmədyarov İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə verdiyi töhfələrinə toxunaraq, İslamın başqa dinlərə və inanclara hörmət edən sülh dini olduğunu bildirib. O, İslam dininə qarşı olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylər və dialoqa ehtiyac duyulduğunu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacib olduğunu qeyd edib.
İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası Sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib.





Paylaş



Bölmə: Xəbər / Dünya / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!