Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 28-08-2014, 15:51

 

 

Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması ölkəmizdə bu sahədə bir çox layihələrin reallaşdırılmasına təkan verir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun (BF) sentyabrın əvvəllərindən “İlboyu bilik” devizi ilə həyata keçirəcəyi “Qardaşlaşmış məktəblər” layihəsi belə layihələrdəndir. Əməkdaşımız layihə ilə bağlı oxucularımızı məlumatlandırmaq üçün Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla ilə görüşmüş, lazımi məlumatlar aldıqdan sonra onun kğməyilə ilə bir neçə müəllim və şagirdlə telefon əlaqəsi yaratmışdır.

Hacı müəllim əməkdaşımızın suallarını cavablandıraraq demişdir:

- İlk mərhələdə 15 sentyabr - “Bilik günü”nədək 20 rayonun hərəsindən bir məktəb layihəyə cəlb edilsə də, bu hərəkat gələcəkdə respublikanın bütün bölgələrini əhatə edəcəkdir. Şuşa, Cəbrayıl, Füzuli rayonları ilə birlikdə, sərhədyanı Tovuz, Ağstafa, Ağdam, Gədəbəy, Astara məktəbləri də layihə iştirakçısıdır. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək verməkdir. Dövlətçilik, vətənsevərlik ideyalarının və ümumilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır.

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki liseyin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Vidadi Süleymanov deyir: 

- Tədbirlərimiz 2 gün davam edəcəkdir. Əllərində “Şamaxı məktəblilərini salamlayırıq”, “Qədim Bərdə torpağına xoş gəlmişsiniz” şüarları həkk olunmuş plakatlar tutan Bərdə məktəbliləri şəhərin Dövlət Bayrağı meydanında qonaqları qarşılayacaqlar. Hər iki rayon məktəblilərinə üstünə Bilik Fondunun loqosu həkk olunmuş kepka və köynəklər paylanacaq. Liseylə tanışlıq, nahar və istirahətdən

sonra Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüləcək. Qədim Bərdənin tarixi abidələri - Bərdə İmamzadəsi, Nüşabə türbəsi və Şəhidlər Xiyabanını ziyarətdən sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Dəyirmi masa” keçiriləcək, məktəblərin qardaşlaşdığını təsdiqləyən müqavilə imzalanacaqdır. Əminəm ki, şamaxılı qonaqlarımız əsl Qarabağ qonaqsevərliyinin şahidi olacaqlar. Artıq bir çox ailələr qonaq məktəbliləri, onların valideynlərini, müəllimləri evlərinə dəvət etmək istədiklərini bildirmişlər. Ertəsi gün isə liseydə iki rayon məktəblilərinin bilik yarışması olacaqdır. Müxtəlif mövzular üzrə bilik sınağından qalib çıxanlar Bilik Fondunun diplomlarını və qiymətli hədiyyələrini alacaqlar. Hətta, ən zəiflər də unudulmayacaq, evə əliboş dönməyəcəklər. Sonra Bərdənin şeir, sənət adamları ilə görüş olacaq, Şamaxı və Bərdə məktəblilərinin şeir yarışması, şəhər Uşaq musiqi məktəbinin musiqili-ədəbi proqramı təqdim ediləcəkdir. Bərdə Tarix və diyarşünaslıq muzeyi ilə tanışlıq olacaq, Sultanbud meşəsi, Soyuqbulaqda gəzinti təşkil ediləcəkdir.

Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbin X sinif şagirdi Qəniyeva Gülüstan Cahangir qızı isə artıq Bərdəyə səfərini intizarla gözlədiyini deyir:

- Təəssüf edirəm ki, indiyədək qədim Bərdə torpağını görməmişəm, ancaq bu şəhərin qədim mənbələrdə Şərqin Bağdaddan sonra ən gözəl şəhəri olduğu barədə oxumuş, son illər xeyli gözəlləşdiyini eşitmişəm. Bilik Fondunun layihəsi maraqlı və mənalıdır. Mən və dostlarım tezliklə dünya ədəbiyyatının fəxri Nizami Gəncəvidən başlamış onlarla şair, ədibimizin əsərlərində bədii təsvirini oxuduğumuz Bərdədəki İmamzadə, Nüşabə, Axsatan baba türbələrini ziyarət etməyi, Kür sahillərini seyr etməyi çox arzulayırıq. Təəssüratlarımızı isə təkcə yoldaşlarımız və valideynlərimizlə deyil, Bilik Fondu ilə də bölüşmək istəyirik.

Bilik Fondunun Şamaxı rayon nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnur Babaşova:

- Ötən dərs ilində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini

məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla məktəbimizin yuxarı sinif şagirdləri üçün çox maraqlı mühazirə oxudu. Bu yeni təşəbbüs

şagirdlərimizin qəlbində silinməz iz qoyub. Bilik Fondu bu il də ilk dərs günü respublikamızın tanınmış elm, mədəniyyət və digər sahələrdə tanınmış simaları “Dövlətçilik, vətənsevərlik və azərbaycançılıq” mövzusunda ilk dərslərə cəlb etməklə əhəmiyyətli iş görür. Doğrudan da, məktəbli bir var hansısa tanınmış simanı teleekranda görsün, bir də var, qabaq-qənşər oturub onun söhbətini, dərsini dinləsin, suallarını versin, iç dünyasına bələd olsun.

Bilik Fondunun maliyyəsi ilə reallaşan “Qardaşlaşmış məktəblər” layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçmiş olduğu liderlərin və məktəb direktorlarının imzalayacağı müqavilədə bir sıra öhdəliklər götürülür. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, dərs ilinin ikinci yarısında biz də bərdəlı dostlarımızı qarşılayacaq, məktəblərimizdə xüsusi qardaşlıq guşəsi yaradacağıq. Birgə təcrübə və informasiya mübadiləsi aparacaq, fiziki və intellektual yarışlar, müsabiqələr keçirəcək, uğurlarımızı bölüşəcək, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edəcək, məzunlarımızın da əlaqələrinin davamlı olmasına səy göstərəcək, qardaşlaşma ideyasının üstünlüklərini digər məktəblər arasında da təbliğ edəcəyik. Sonda onu bir daha vurğulamaq istəyirəm ki, valideynlər də, müəllimlər də Fondun bu ideyasını müsbət qarşılayırlar.

 

Layihənin koordinatoru, Bilik Fondunun aparat rəhbəri prof. Rəfail Həsənovun sözlərinə görə, “Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaqdır.

Azərbaycan Respublıkasının Prezidenti yanında Bilik Fondunun bu layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəinki məktəblərin, hətta bölgələrin də yaxınlaşmasına yardımçı olacaqdır.

Prof. Rəfail Həsənov onu da bildirdi ki, Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində “Dini abidələrdə tarixin izləri”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya

elmi Azərbaycanda”, “Docendo discimus”, “Epizod”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi” layihələrinə artıq başlanıb. Fondun bütün layihələri azərbaycançılığın, dövlətçiliyin vətənpərvərliyin, milli-mənəvi və dini dəyərlərin təbliğinə, xalqın maariflənməsinə, gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, Azərbaycan həqiqətlərinin xaricdə yayılmasına yönəlib.

Söhbəti qələmə aldı:

Həsən Məmmədov



Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!