“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 20-08-2013, 10:15
Şəkidə ağır yol qəzası: 4 nəfər xəsarət aldı


Şəkidə baş verən yol qəzasında dörd nəfər xəsarət alıb. Şəki şəhər-rayon polis şöbəsindən (ŞRPŞ) APA-ya məlumata görə, qəza Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu Aşağı Göynük kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elnur Səməd oğlu idarə etdiyi “VAZ 21154” markalı, 10 NZ 916 dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü Elnur İsmayılov, avtomobildə olan sərnişinlər E. İsmayılovun həmkəndliləri - 1978-ci il təvəllüdlü Hacıyev Rafiq Əziz oğlu, 1978-ci il təvəllüdlü Osmanov Rəşad Əhməd oğlu və 1977-ci il təvəllüdlü Abdürəhmanov Nakəm Qurbanəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan sürücü E. İsmayılovun vəziyyəti yüngül olduğundan ilkin yardımdan sonra ambulotor müalicə üçün evə buraxılıb.

R. Hacıyevin vəziyyəti ağır olduğundan ilkin yardım edildikdən sonra o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Digər iki nəfər R. Osmanov və N. Abdürəhmanovun vəziyyəti orta-stabil hesab edilir, müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!