“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 14-10-2014, 15:08

“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb 

“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb

Respublikamızın bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən Səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb.

İşin diqqət çəkən yönlərindən biri də odur ki, antologiya gənc yazarların öz nəsildaşları tərəfindən tərtib edilib. – Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlarımızdan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır. İstedadlı gənc yazarlardan Əfsanə Ələsgərlinin “ön söz” yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və dos.dr. Rəsmiyyə Sabir redaktə ediblər.

“Nurlan” nəşriyyatında işıq üzü görən antologiyada verilən poeziya və nəsr örnəkləri janr, mövzu, üslub və s. baxımından rəngarəngdir. Buraya heca, sərbəst və əruz vəznində yazılan şeirlər, günümüzün bəzi gerçəkliklərini, gənclik dünyasının yaşantılarını, folklor və mifologiyadan qaynaqlanan mənzərələri yansıdan hekayələr, esselər... daxildir.

Antologiya 18 oktyabr 2014-cü il (saat 12.00) Azərbaycan respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda (Bakı, Cəfərov qardaşları küçəsi-16) ictimaiyyətə təqdim ediləcək. Maraqlananlar iştirak edə bilər.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!