UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 20-02-2015, 16:21
Bu, faşist düşərgəsindəki işgəncələrə bənzəyir”

“Ermənilərin azərbaycanlı girovlara verdiyi işgəncələr İkinci Dünya müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir”. Trend xəbər verir ki, bunu Lent.az informasiya agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib. Onun sözlərinə görə, çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunub, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar: “Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələrə necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa İttifaqının, Avropa Şurasının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür. Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələr katalizator rolunu oynayır”.
V.Əliyev vurğulayıb ki, bu münaqişələr həll olunmadıqca kütləvi qətllər davam edəcək. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının apardığı iş sayəsində müəyyən nailiyyətlər əldə olunub: “Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrlərdə olduğu kimi informasiya vakuumu yaradıb həqiqətləri gizlədə bilmir”.
PA rəsmisi əlavə edib ki, Ermənistan münaqişənin həlli istiqamətində əldə olunmuş razılıqları bloklamağa çalışır: “2014-cü ilin noyabrında Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunub. Bu, Qırmızı Xaç Komitəsi və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq mexanizminin qurulması ilə bağlıdır. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa da, Ermənistan üzərinə düşən vəzifəni yerinə yetirmir”.
Onun sözlərinə görə, bu da Ermənistanın niyyətini ifşa edən növbəti faktdır: “Cəhənnəmdə böyük çığırtı” kitabı Dağlıq Qarabağ münaqişəsi, münaqişə zamanı törədilən qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Kitabın Xocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır.
V.Əliyev “Cəhənnəmdə böyük çığırtı” kitabını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu kitab xarici dillərə tərcümə olunmalı, yayılmalıdır. Ümid edirəm ki, “APA Holdinq” və Azərbaycanın digər aparıcı orqanları bu istiqamətdə işlərini davam etdirəcəklər”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!