Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 20-05-2015, 18:13
Yoldaşına görə özünü işdən çıxarıblar

Məhbus azərbaycanlı fəalın xanımı ona göstərilən təzyiqlərdən danışıb
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, iki il yarımdır Kərəcin Rəcayişəhr zindanında saxlanan milli fəal Lətif Həsəninin xanımı Əzəm Piri jurnalistlərə açıqlamasında yoldaşına görə ona göstərilən təzyiqlərdən danışıb.
Yoldaşının təcili müalicəyə ehtiyacı olduğunu bildirən Əzəm Piri deyib ki, siyasi ittihamlarla həbsdə saxlanan yoldaşına görə onu işdən çıxarıblar və işlədiyi əvvəlki ayların maaşını da vermirlər: “Məni yoldaşımın vəziyyəti ilə maraqlanıb müsahibələr verdiyimə görə tez-tez təhdid edirlər, aprel ayından isə işdən çıxarıblar. İşlədiyim zavodda bir neçə ay idi ki, mənim maaşımı vermirdilər. Novruz bayramı ərəfəsində isə mənə nəinki işlədiyim əvvəlki ayların maaşını, hətta ilin sonunda işçilərə verilən bayramlıq haqqımı da vermədilər.
İş İdarəsinə gedib şikayət etsəm də, nəticəsi olmadı. Mənə dedilər ki, bundan imtina et, yoxsa yoldaşına görə sənin işini daha da çətinləşdirərik. Deyərik ki, sən işlədiyin yerdə qanunsuz siyasi fəaliyyət göstəribsən və elə buna görə də işdən qovulubsan.
Mənə göstərilən bütün bu təhdid və təzyiqlər yalnız məhbus yoldaşıma görədir. Halbuki mənim heç vaxt siyasi fəaliyyətim olmayıb. Bunlar hamısı qarayaxmadır. Yoldaşım isə ürəyindən xəstədir. Bir ildən çoxdur ki, onun müalicə ala bilməsi üçün bir neçə günlüyə evə buraxılmasını tələb edirik, lakin bizə yox cavabı verirlər. Heç kəs bizə cavabdeh deyil və problemimizlə maraqlanmır. Yoldaşım bir dəfə də infarkt keçirib və hazırkı səhhəti ağırdır. Lakin bütün bu təzyiqlərə baxmayaraq o hələ də müqavimət edir.
Yoldaşımla görüşməyimə icazə verilməsi üçün Tehran prokurorluğuna müraciət edəndə də məni təhdid edir, deyirlər ki, onun durumu barədə danışma, müsahibələr vermə. Lakin mən bu təhdidlərə baxmayaraq yoldaşımın durumu və səhhəti ilə əlaqədar lazım olanda danışacaq, müsahibələr verəcəyəm”.
Qeyd edək ki, qanunsuz təşkilat yaratmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan Lətif Həsəni 9 illik həbsə məhkum edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!