Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
Tarix : 24-04-2014, 14:50

Azərbaycanlı məhbusun xanımı aclığı dayandırıb

 Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 7 ilə yaxındır Tehranın Evin zindanında saxlanan jurnalist Səid Mətinpurun xanımı Ətiyyə Tahiri 5 günlük aclıq aksiyasını dayandırıb. “Media forum” saytı “Oyannews.com”un farsdilli versiyasına istinadla xəbər verir ki, Ətiyyə Tahiri aclıq aksiyasını dayandırmağa bir qrup azərbaycanlı fəalın Zəncan şəhərindəki evində onu ziyarət edib dilə tutmasından sonra razılaşıb.

Azərbaycanlı fəalların ziyarətindən məmnun qaldığını bildirən Ətiyyə Tahiri yoldaşı Səid Mətinpurla son görüşündən danışıb: “Bir çox əzab-əziyyətdən sonra, nəhayət, Səidlə şüşə arxasından 5 dəqiqəlik görüşməyimə icazə verdilər. Səidin dediyinə görə, siyasi məhbusları son dərəcə kobud şəkildə döyüb şil-küt ediblər. Öz övladları ilə görüşə gələn məhbus valideynləri həmin günü ağlaşma ilə başa vurdular. Deyilənlərə görə, məhbusların durumu və səhhəti qənaətbəxş deyil”.

 Xatırladaq ki,aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

Ətiyyə Tahiri aclığa aprelin 19-da yoldaşının həbsxanada döyülməsi və təkadamlıq kameraya köçürülməsi xəbərini eşidəndən sonra başlamışdı.

 

 



Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!